“Müstəqillik dövrünün ən yaxşı hekayələri” çap olunub

“Müstəqillik dövrünün ən yaxşı hekayələri” çap olunub
30 sentyabr 2025
# 11:35

“Müstəqillik dövrünün ən yaxşı hekayələri” kitabı “Park” Nəşriyyatında çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabda 33 müəllifdən, ümumilikdə 33 hekayə toplanılıb.

“Müstəqillik dövrünün ən yaxşı hekayələri” kitabı 90-cı illərdən bu günə qədər Azərbaycan hekayəçiliyinin seçilmiş nümunələrini toplayır. Topluda insan talelərinin mürəkkəbliyi, sosial dəyişikliklər və yeni həyat tərzinin doğurduğu ziddiyyətlər ədəbiyyat dili ilə təqdim olunur.

Müəlliflər öz əsərlərində müasir dövrün problemlərinə bədii prizmadan yanaşırlar. Hekayələrdə həm fərdi hisslər, həm də ictimai ovqat öz əksini tapır. Müxtəlif nəsillərə mənsub yazıçıların qələmi ilə formalaşan bu mətnlər ədəbiyyatımızın zənginliyini nümayiş etdirir.

Toplu həmçinin müasir Azərbaycan hekayəçiliyinin üslub müxtəlifliyini və bədii eksperimentlərini özündə birləşdirir. Oxucu kitabı vərəqlədikcə, müstəqilliyin ədəbi portretini görəcək. Belə bir toplu Azərbaycanda ilk dəfə nəşr olunur", - annotasiyada qeyd olunub.

Qeyd edək ki, kitab 1-7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq və satışa çıxarılacaq.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər