Afrika ədəbiyyatının ən nüfuzlu mükafatlarından sayılan 2026-cı il "Caine Prize" (Keyn mükafatı) laureatı, zimbabveli yazıçı Simbaraşe Kundizeza qalib gəlmiş "Mavi döyüşçü" ("The Blue Fighter") hekayəsini süni intellektin (AI) köməyi ilə yazması barədə iddiaları təkzib edib.
Kulis.az xəbər verir ki, Londonda keçirilən mərasimdə qalib elan olunan müəllifə qarşı sosial şəbəkələrdə və ədəbi dairələrdə mətnin süni intellekt alətləri ilə yazıldığına dair şübhələr irəli sürülüb.
Qalmaqaldan sonra "Caine Prize" komitəsi müəlliflik hüququ və yaradıcılıq prosesinin şəffaflığını yoxlamaq üçün xüsusi "insanmərkəzli araşdırma prosesi" başlatdığını açıqlayıb.