Müharibə etmək niyyətindəsənsə, mən hazır! - Cavad xanın Sisianova məktubu

Müharibə etmək niyyətindəsənsə, mən hazır! - Cavad xanın Sisianova məktubu
3 yanvar 2026
# 14:00

Bu gün Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın anım günüdür.

Kulis.az bu münasibətlə onun rus general Sisianova yazdığı məktubu təqdim edir.

Gəncə, 29 noyabr 1803-cü il

"Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamaranın dövründə Gəncə Gürcüstandan asılı olmuşdur… Bu rəvayətə heç kim inanmaz.

Lakin əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. Əgər inanmırsansa, yerli qocalardan soruş.

Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları qalır, bir çox gürcüdə əmrləri mühafizə edilir.

İraklinin və atamızın dövründə Gəncə və Gürcüstanın sərhədləri dəqiqləşdirilib.

Bununla belə, əgər desəm ki, ata-babalarım Gürcüstanda vali olublar, heç kim buna yaxşı baxmaz və heç kəs də Gürcüstanı mənə qaytarmaz.

Bir də yazırsan ki, altı il bundan əvvəl Gəncə qalasını rus padşahına vermisən. Bu doğrudur.

Onda sizin padşah mənə fərman göndərmişdi və mən onun təklifini qəbul etdim.

Əgər indi belə bir fərman varsa, mənə göstər. Palşahın iradəsini bilsəm, götür-qoy edərəm.

Bir də yazırsan ki, guya əvvəllər mən Gürcüstan tabeliyində olmuşam. Padşahın fərmanı indi də əlimdədir.

Bax, gör, orada mən necə adlanıram: Gəncə bəylərbəyi, yaxud Gürcüstan vassalı?

Buradan aydın olur ki, sözlərin tam yalandır.

Bundan başqa, Gəncəni sənin padşahına verəndə İran şahı Xorasanda idi və əlim ona çatmadığı üçün mən də böyük müstəbid kimi rus padşahına tabe olmağı lazım bildim.

İndi isə Allaha şükür, İran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlirlər…

Müharibə etmək niyyətindəsənsə, mən hazır!

Əgər öz toplarınla öyünürsənsə, mənimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3 – 4 arşındır, uğur isə Allahın əlindədir.

Haradan bilirsən ki, döyüşçüləriniz İran əsgərlərindən qoçaqdırlar?

Siz yalnız öz savaşınızı görmüsüz, iranlıların hünərindən isə xəbərsizsiz.

Mənə müharibəyə hazır olmağı təklif edirsən?

Sən Şəmşəddilə girən gündən müharibəyə hazıram. Savaşmaq istəyirsənsə, savaşaq.

Hədələyirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu zaman, bir də savaş göstərəcək".

# 1706 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər