Müasir ingilis romanlarının qurucularından biri - Tomas Hardi

Müasir ingilis romanlarının qurucularından biri - Tomas Hardi
11 yanvar 2024
# 12:05

Bu gün görkəmli yazıçı Tomas Hardinin anım günüdür.

Kulis.az-ın məlumatına görə, Tomas Hardi 2 iyun 1840-cı ildə İngiltərənin Dorçester şəhərində dülgər ailəsində dünyaya gəlib. İlk təhsilini kənd məktəbində alıb, daha sonra təhsilini Dorçesterdəki məktəbdə davam edib. Gənclik illərində Latın və yunan klassiklərini oxuyan Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil olub. Bir müddət kilsə təmirçisi olan memarın yanında işlədikdən sonra rahib olmağa qərar verib. Bu ixtisas üzrə çoxlu kitablar oxuyub.1862-ci ildə Londona köçərək məşhur bir memarın yanında işləməyə başlayıb.

Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük verib və ilk romanı olan "Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlayıb.Tənqidi üslublu və sosializm dünyagörüşlü olduğundan naşirlər əsəri nəşr etməkdən imtina ediblər. Hardinin nəşr olunan ilk kitabı "Ümidsiz çarələr" romanıdır. Kitab 1871-ci ildə imzasız nəşr olunub. Bundan sonra onun "Dəfnə ağacı altında" kitabı çap olunub.

Tomas Hardi əsərlərindəki müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı ilə fərqlənir. Bununla yanaşı o, bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir. Əvvəllər Desseks adlandırılan bu bölgənin sənayeləşmə ilə bərabər üzləşdiyi dəyişkənliyi əsərlərində hüznlü bir üslubla təsvir edir. Hardinin imzasız olaraq bir dərgidə çap etdirdiyi "Çılğın izdihamdan uzaq" adlı əsəri böyük maraq doğurduqdan sonra, özünü bütünlüklə ədəbiyyata həsr edib.1878-1895-ci illərdə yazdığı "Yuvaya dönüş", "Trompet başçısı", "Tess" və "Üsyankar qəlblər" romanları ilə məşhurluq qazanıb. Viktoriya dövrünün mühafizəkar dəyər mühakimələrinə qarşı çıxdığı bu romanlara görə çoxlu sayda tənqidlərə məruz qalıb. Bu səbəbdən yenidən şeir yazmağa başlayan Hardi 1898-ci ildə daha öncə yazmış olduğu şeirləri də birləşdirərək "Vesseks şeirləri" kitabını nəşr etdirib. Sonradan romanları əsasında filmlər çəkilən Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır.

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər