“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı
7 aprel 2026
# 14:30

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in birinci nömrəsinin işıq üzü görməsinin 120 illiyi münasibətilə Milli Kitabxanada “Azərbaycan mətbuatının işıqlı səhifəsi: “Molla Nəsrəddin” jurnalı -120” adlı virtual və ““Molla Nəsrəddin” jurnalı – 120” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgilərdə rəsmi sənədlər, jurnalın orijinal nömrələri, kitab şəklində nəşr olunmuş çoxcildliyi yer alıb. Həmçinin sərgidə Cəlil Məmmədquluzadə və bu jurnal ətrafında formalaşan mollanəsrəddinçilərin – Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar kimi dövrün tanınmış ziyalılarının göstərdikləri xidmətlər və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, elmi tədqiqat işləri, həmçinin Milli Kitabxananın mollanəsrəddinçilər ədəbi məktəbinin nümayəndələri haqqında nəşr etdiyi biblioqrafiyalar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə bu linkdən tanış ola bilərsiniz.

# 1294 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər