Əməkdar artist Avstryada konsert verdi

Əməkdar artist Avstryada konsert verdi
10 mart 2020
# 17:09

Martın 9-da Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 80 illiyinə həsr olunub.

Konsertdən öncə Baden Şəhər Bələdiyyəsinin üzvü Ernst Şebesta Azərbaycan Mədəniyyət Mərkəzi ilə artıq ənənə halını alan mədəni əməkdaşlıq qurulduğunu və Badendə indiyədək müxtəlif səpkidə birgə tədbirlərin keçirildiyini bildirib. O, görkəmli Azərbaycan bəstəkarı və cazmen V. Mustafazadənin yubileyinin Baden şəhərində baş tutmasından məmnunluğunu ifadə edib.

Konsert çərçivəsində İsfar Sarabskinin rəhbərlik etdiyi caz kvarteti V. Mustafazdə, Y. S. Bax, P. İ. Çaykovski və digər bəstəkarların əsərlərini özünəməxsus caz üslubunda təqdim edib. İsfar Sarabskinin bəstələdiyi “Planet“, “Qarabağ atları“, “Vaqifə ithafən popurri“ və digər əsərləri, eləcə də tar musiqi alətinin ifasında etno-caz üslubundakı kompozisiyalar səsləndirilib.

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər