Məşhur yazıçının kitabı Azərbaycan dilində

Məşhur yazıçının kitabı Azərbaycan dilində
16 avqust 2022
# 12:00

Qazax detektiv ədəbiyyatının yaradıcısı Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusu “Qanun” nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabı dilimizə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı çevirib, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktoru isə Mahir Qarayevdir.

Kitaba “Ön söz”ü K.Tokayevin yaradıcılığına yaxşı bələd olan məşhur detektiv əsərlər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Yazıçısı Çingiz Abdullayev yazıb. Onun “Müqəddəs borc” adlı qeydlərində Kemel Tokayevin yaradıcılıq yoluna və yaradıcılığına yığcam, lakin dəqiq qiymət verilib, görkəmli qələm ustasının əz əsərlərində daim mənəvi dəyərlərə sadiq qalması vurğulanıb.

Kitabın başqa bir xarakterik cəhəti də Kemel Tokayevin övladı, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin qələmə aldığı “Atam haqqında söz” əsərinin nəşrə müqəddimə kimi verilməidir. Kasım-Jomart Tokayev öz xatirə-essesində yazıçının həyat yoluna nəzər salır, onun doğulub-böyüdüyü mühiti, müharibə cəbhəsində keşməkeşli yollardan keçdiyini təsvir edir, yazıçı kimi formalaşdığı və yetkinləşdiyi dövrü oxucuya tanıdır, eyni zamanda, Kemel Tokayevin əsərlərinə, yaradıcılıq kredosuna və qələm dostlarına münasibətini səmimi çalarlarla bildirir.

Topluya görkəmli yazıçının “Damğalı qızıl”, “Gecə açılan atəş” və Sirli iz povestləri daxil edilib. Müəllif möhtəkirlərlə mübarizəni də, xüsusi xidmət orqanlarının xarici ölkə casusları ilə çarpışmasını da, ağır müharibə illərində düşmən kəşfiyyatının törətdiyi əməllərin üstünün yüksək peşəkarlıqla açılmasını da ustalıqla qələmə alıb.

İnanırıq ki, Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni və ədəbi əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfə olan bu nəşr oxucular tərəfindən də maraqla qarşılanacaq.

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər