Məşhur rəssamın həyat və yaradıcılığı araşdırılır

Məşhur rəssamın həyat və yaradıcılığı araşdırılır
31 mart 2022
# 16:30

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova “Azərbaycanın və Türkiyənin ortaq dəyəri, rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı” layihəsi çərçivəsində apardığı tədqiqatını başa vurub.

Bu barədə kulis.az-a məlumat verən Jalə Cəfərova bildirib ki, Avropanın 3 ölkəsində 17 gün ərzində həyata keçirdiyi tədqiqat işləri zamanı xeyli maraqlı məlumatlar əldə edib:

“Səfər zamanı aldığım təəssürat, tapıntılar bir daha deməyə əsas verir ki, soydaşımız olan böyük rəssam İbrahim Safi yaradıcılığı bitib-tükənməyən xəzinədir. Onun əsərləri 2021-ci ilə qədər auksionlarda ən yüksək məbləğə satılıb. Mart ayının 14-dən 18-nə qədər İstanbul görüşləri reallaşdı. Çox dəyərli yazar, kolleksioner İbrahim Safidən ilk reportaj hazırlayan Moşe Qrosmanın açılmamış arxivi və məsləhətləri gələcək addımlarıma misilsiz bələdçilik etdi. Türkiyədə topladığım bilgilərə görə, İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmet Elpə, Sosial Araşdırmaçı, qəzetəçi Doğan Kasadoluya, onun asistanı Türkan Özbuğut xanıma sonsuz təşəkkürlər”.


Səfərini Yunanıstanın paytaxtı Afinada davam etdirən J. Cəfərova burada yunan əsilli, illərdir İbrahim Safi yaradıcılığının heyranı kimi tanınan Eleni Koufalidou ilə görüşüb: “Ardınca Fransanın paytaxtı Parisdə davam edən səfər çərçivəsində
Azərbaycanın Dostları Asssosiyasiyasinin baş katibi, Paris Azərbaycan Evi təşkilatının rəhbəri Mirvari xanım Fətəliyevadan xeyli qiymətli materiallar əldə etdim. Mirvari xanıma “Azərbaycanda İbrahim Safi adına Mədəniyyət Mərkəzinin“ yaratmaq arzumu da dilə gətirdim. Həmçinin, Azərbaycanın Fransadakı Səfirliyində Mədəniyyət məsələləri üzrə məsul şəxs Günel Zülfüqarova ilə görüşdüm. Bacardığım qədər çalışdım ki, bu böyük rəssam haqqında fransız sənət aləminin insanları, Fransada yaşayan türklər, həmçinin azəri türklərimiz də məlumatlansınlar. Günel xanım görüşümüzün sonunda qeydlərini Azərbaycanın Fransadakı səfiri Rəhman Rəhimov cənablarına çatdıracağını söylədi”.


Qeyd edək ki, “Azərbaycanın və Türkiyənin ortaq dəyəri, rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı” layihəsi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dəstək Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir.

# 2683 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər