«Mersedes» gözəllər keçir yanından - Əlisəmid Kür

«Mersedes» gözəllər keçir yanından - Əlisəmid Kür
17 oktyabr 2023
# 17:40

Kulis.az Əlisəmid Kürün “Kentavr” şeirini təqdim edir.

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.
Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı...
Bir də qulaqlarıma at kişnərtisi gəldi...

Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!

Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.

At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır...

«Mersedes» gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır
ata boylanır.

Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara gedirsən, KENTAVR?
– Kimdən qaçrsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!

# 2014 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər