"Mənim nağıl kitabım" layihəsi başa çatdı

"Mənim nağıl kitabım"  layihəsi başa çatdı
28 oktyabr 2023
# 15:39

"YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri İctimai Birliyinin "Mənim nağıl kitabım" adlı layihəsi başa çatıb.

Kulis.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında oxu mədəniyyətinin təbliğ edilməsi, mütaliə imkanlarının genişləndirilməsi, kitabın və bilginin uğur qazanmaq üçün ictimai faydasının təşviq edilməsidir.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən üç orta məktəbdə uşaqların yaxşı tanıdığı şəxslərin iştirakı ilə görüş və debat keçirilib, şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə edilib.

Layihədə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, naşir Şahbaz Xuduoğlu və futbolçu Qara Qarayev iştirak edib. Görüşlər şagirdlərin marağına səbəb olub. İştirakçılarla maraqlı debat və müzakirələr aparılıb.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü ilin kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

# 2192 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər