Məmməd Arazın xatirəsinə ədəbi-bədii tədbir təşkil edildi

Məmməd Arazın xatirəsinə ədəbi-bədii tədbir təşkil edildi
13 yanvar 2026
# 18:00

Bakıda Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib.

Kulis.az xəbər ki, ecədə elmi və ədəbi ictimaiyyətin tanınmış nümayəndələri iştirak edərək çıxışlar ediblər.

Akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı, tədqiqatçı-alim Qardaşxan Əzizxanlı, filoloq və şair Adilə Nəzər Məmməd Araz poeziyasının məna qatları, bədii-estetik dəyəri və milli ədəbiyyatımızdakı mövqeyi haqqında fikirlərini səsləndiriblər.

Tədbirin musiqili hissəsində Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Nuriyyə Hüseynova, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova, aşıq Ramin Qarayev, Çilənay Hüseynova, Mehranə Vəliqızı və Sərxan Bünyadzadə şairin sözlərinə yazılmış əsərləri ifa edərək gecəyə bədii ovqat qatıb.

Şeir parçaları isə qiraət ustaları Kamran Yunis, Həlimət Sultan, Şirzad Pirallahı, Müşfiqə Baləddinqızı, Ülviyyə Niyazqızı, İbrahim Əhmədov, həmçinin Hədəf Liseyinin şagirdləri tərəfindən səsləndirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gecə zamanı Məmməd Arazın Naxçıvandakı ev-muzeyinə aid video materiallar nümayiş olunub, muzeyin direktoru Əzizə Süleymanova çıxış edərək şairin xatirəsinin qorunub yaşadılması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə ailə adından çıxış edən yazıçı Aqil Abbas xatirə gecəsinin ərsəyə gəlməsinə töhfə verən hər kəsə təşəkkürünü ifadə edib.

Sonda qonaqlara Məmməd Arazın dörd cilddən ibarət kitabları təqdim olunub. Ədəbi-bədii gecə şairin öz ifasında səslənən “Salamat qal” şeiri ilə başa çatıb.

# 1237 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər