Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısında yer alan Ani arxeoloji ərazisindəki Səlcuqlu qəbiristanlığında kufi xətti ilə altı dəfə "Həzrəti Məhəmməd" adı həkk olunmuş bəzəkli daş tapıldığını açıqlayıb.
Kulis.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında Mövlud qəndili gecəsində paylaşılan bu unikal tapıntının Sultan Alparslanın 1064-cü ildəki fəthi ilə Anadoludakı Türk-İslam tarixinin qapısını açan Ani ərazisində gün üzünə çıxarıldığını bildirib.
Arxeoloji qazıntılarda tapılan və ölçüləri 51x21 santimetr olan bəzəkli daş qabartma texnikası ilə hazırlanıb.
Mərkəzindəki səkkizguşəli ulduz motifinin ətrafındakı yazı zolağında kufi xətti ilə "Hz. Məhəmməd" adı təkrar olunur.
Əsərin yalnız yarısı günümüzə qədər çatdığı üçün hazırda bu adlardan üçü aydın görünür.
Anadoludakı ilk Türk-İslam qəbiristanlığı sayılan ərazidə aşkar edilən və Səlcuqlu türbələrindən birinə aid olduğu ehtimal olunan bu memarlıq parçası Aninin Türk-İslam kimliyini, dönəmin inanc dünyasını və dəfn mədəniyyətini əks etdirən mühüm arxeoloji sənəd hesab olunur.
Oxşar bəzək kompozisiyalarına 1191-ci ilə aid Mama Xatun türbəsində, Malatya Ulu Cümə məscidində və Eşrefoğlu məscidində də rast gəlinir.

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı
Oxşar xəbərlər
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır
13:25
13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu
13:15
13 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?
12:00
13 oktyabr 2026
Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi
11:30
13 oktyabr 2026
Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu
10:50
13 oktyabr 2026
İbrahim Çingiz: "“44”ə filmdən çox həyat, tarix kimi yanaşıram"
10:36
13 oktyabr 2026