Mədəniyyət Nazirliyində türkiyəli kinorejissor və ssenaristlə görüş oldu

Mədəniyyət Nazirliyində türkiyəli kinorejissor və ssenaristlə görüş oldu
11 dekabr 2023
# 16:20

Dekabrın 11-də Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə görüş təşkil olunub.

Kulis.az xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu iştirak ediblər.

Görüş zamanı ARKA-nın təşkil etdiyi film layihələri müsabiqəsinin nəticələri, müsabiqədə müstəqil Seçim komissiyası təcrübəsinin tətbiqi və Türkiyə ilə kino sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Semih Kaplanoğlunun rəhbərliyi ilə həyata keçirilən ssenari inkişaf proqramının əhəmiyyəti vurğulanıb, müsabiqə zamanı təkmilləşdirilməsi məqsədilə bu proqrama yönləndirilmiş ssenarilər üzərində iş prosesindən bəhs olunub.

Qeyd edək ki, Semih Kaplanoğlu daha çox “Bal”, “Süd” və “Yumurta” filmlərindən ibarət “Yusif” trilogiyası ilə tanınır. Bu ekran əsərləri bir sıra beynəlxalq festivallarda mükafata layiq görülüb.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər