Mədəniyyət Nazirliyində Ekspert şurası yaradıldı

Mədəniyyət Nazirliyində Ekspert şurası yaradıldı
21 noyabr 2023
# 15:41

Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

Kulis.az xəbər verir ki, bu münasibətlə noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində toplantı keçirilib.

Mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq yeni Ekspert şurasının yaradılması zərurətindən danışıb. Qeyd edib ki, kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac var idi: “Düşünürük ki, bu fəaliyyət sahənin peşəkarları üçün də vacibdir”.

Daha sonra Mədəniyyət Nazirliyinin təqdimatında bildirib ki, nazirliyin kollegiyasının müvafiq qərarı ilə Ekspert şurasının tərkibi və əsasnaməsi müəyyən edilib. İctimai əsaslarla fəaliyyət göstərəcək şuranın məqsədi dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərin, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir.

Şura tərəfindən qiymətləndirmə əsərin uşaqlar üçün zərərli informasiya olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhvə verməsi, mövzusunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılır.

Bildirildi ki, səlahiyyət müddəti iki il olan şura müvafiq sahə üzrə mütəxəssislərdən və ekspertlərdən ibarət tərkibdə formalaşdırılır. İclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. İclaslar onlayn keçirilə bilər. Iclas vaxtı sadə səs çoxluğu ilə iclas üzvləri tərəfindən müəyyən olunur.

Ekspert şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik yaradılır. Katiblik şuranın iclaslarını təşkil edir. Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və bu əsasnamənin tələblərinə uyğunluğunu yoxlayır. İclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verir. İclasın gündəliyini, protokolunu tərtib edir və imzalanmaq üçün üzvlərə təqdim edir. Müraciətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir.

Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib layihələr də Ekspert şurasının rəyi əsasında müəyyən olunacaq. Toplantıda daha sonra Ekspert şurası üzvlərinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.

# 2313 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pittdən yeni layihə - Tanınmış rejissorlarla

Bred Pittdən yeni layihə - Tanınmış rejissorlarla

10:40 23 sentyabr 2026
Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

10:20 23 sentyabr 2026
Nobel mükafatının məbləği artırıldı

Nobel mükafatının məbləği artırıldı

10:07 23 sentyabr 2026
"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

10:00 23 sentyabr 2026
Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər