Mədəniyyət Nazirliyi Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yaydı
26 fevral 2022
# 10:54

Mədəniyyət Nazirliyi Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.

APA-nın xəbərinə görə nekroloqda deyilir.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib!
Muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli Əlibaba Balaəhməd oğlu Məmmədov vəfat edib.
Əlibaba Məmmədov 1930-cu il fevral ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan sənətkar istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənib, öz bənzərsiz səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirib. Muğam ifaçılığının ustadlarından olan Əlibaba Məmmədov bir çox xarici ölkələrdə milli musiqimizin təbliğində əvəzsiz xidmətlər göstərib, yarım əsrlik yaradıcılığı ilə muğamsevərlərin yaddaşına həkk olunub. Onun böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz” dəstgahları, “Dəşti”, “Rəhab” kiçik həcmli muğamları, xalq və bəstəkar mahnıları Azərbaycanın qızıl fondunda qorunub saxlanılır.

Əlibaba Məmmədov uzun müddət Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı onlarla tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar.

Böyük sənətkar 1989-cu ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “İstiqlal”, 2020-ci ildə “Şərəf” ordeninə layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Əlibaba Məmmədovun nurlu xatirəsi daima onu sevənlərin qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!"

# 2793 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər