Macarıstanlı rəssam və kurator Tibor İşki Koçişin Türkiyədəki ilk fərdi sərgisi olan "İşığın səssizliyi" Macar Mədəniyyət Mərkəzində ziyarətçilərin üzünə açılıb.
Kulis.az xəbər verir ki, sənətçinin təxminən 30 illik yaradıcılıq yolunu əks etdirən bu ekspozisiya insan, təbiət, mədəniyyət və kainat arasındakı dərin əlaqələri işıq müstəvisində yenidən nəzərdən keçirməyə dəvət edir.
Sərgidə Günəş, Ay və Yer arasındakı fiziki münasibət insan qavrayışının təməl təcrübəsi kimi təqdim olunur.
Ekskursiya dörd əsas motiv — monumental ay mənzərələri, gündüz və alaqaranlıq səma təsvirləri, mədəniyyət izləri və "Home” silsiləsindən taxta portretlər üzərində qurulub.
Sərgi çərçivəsində rəngkarlıq, karandaş rəsmləri, fotoqrafiya, heykəltəraşlıq və qrafika texnikalarında işlənmiş əsərlər bütöv vizual dil yaradır.
Retrospektiv xarakter daşımayan ekspozisiyada rəssamın "Supernatural", "Luna", qlobal istiləşməyə diqqət çəkən "Ekoturizm", "Home" və insanın fiqursuz mədəniyyət portretini təqdim edən "Cum dederit" silsilələrindən nümunələr yer alır.
Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Ağdamda olublar
18:20
8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı
18:00
8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı
17:30
8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu
17:00
8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa
16:30
8 oktyabr 2026
AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"
15:40
8 oktyabr 2026