Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir

Kukla Teatrı  ölkəmizi beynəlxalq festivalda təmsil edir
13 dekabr 2023
# 14:50

Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyə Cümhuriyyətində keçiriləcək XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında iştirak edir.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə təşkil olunan festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə türkdilli ölkələri görüşdürüb.

Dekabrın 16-dək davam edəcək festivalda türkiyəli kukla və uşaq teatr təmsilçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan da kuklaçılar yer alıb.

Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və ona üzv olan ölkələrin nüfuzlu kukla teatrı mütəxəssislərinin də qatıldığı festival çərçivəsində yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Nüfuzlu teatr festivalında ölkəmizi təmsil edən Dövlət Kukla Teatrının yaradıcı heyəti türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirəcək.

Azərbaycan xalq nağılı əsasında hazırlanan səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır.

Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz ilə əlaqələndirməklə ona əlavələr edərək fərqli prizmadan baxmağa çalışıb.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da səhnə əsərinin quruluşçu əməkdaşları müasir uşaqlar üçün maraqlı olan elementləri də daxil etməyə çalışıblar.

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər