“Kino rəssamlığının tarixi və müasir mənzərəsi” nəşr olunub

“Kino rəssamlığının tarixi və müasir mənzərəsi”  nəşr olunub
15 oktyabr 2025
# 11:00

Azərbaycan Kinematoqrafçılar və Rəssamlar ittifaqlarının maliyyə dəstəyilə “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rəssam, sənətşünaslıq elmləri namizədi Səyyad Bayramovun qələmə aldığı kitabda Azərbaycanın tanınmış kino rəssamlarının fəaliyyətindən, bu tarixdə kino sənətinin keçdiyi inkişaf yolundan bəhs olunur.

Qeyd edək ki, tədqiqat əsərini indiyədək olan nəşrlərdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, problemə kompleks halda yanaşılaraq mövzunun bütün istiqamətləri üzrə təhlillər aparılıb. İki hissədən ibarət olan kitabın 1-ci hissəsində – bədii kino sənətində rəssam işinin məzmunu, mahiyyəti və estetik xüsusiyyəti, bədii kino sənətinin mahiyyəti, kino təsviri sənət, bədii kinonun sənət mahiyyəti, təsviri yaradıcılıq və kino, kino əsərinin yaradılması prosesində təsviri sənət, onun vasitə və imkanları diqqətə çəkilir.

Kitabın 2-ci hissəsində – kino sənətində rəssam işinin məzmunu, mahiyyəti və estetik xüsusiyyəti, Azərbaycan kino rəssamlığının təşəkkülü və inkişaf mərhələləri haqqında danışılır.

Kino sənətinin, xüsusilə rəssamlığın xüsusiyyətlərindən bəhs edərək bu sənətə üz tutan gənclərə dəyərli tövsiyələr verən müəllif onu da bildirir ki, kitabda kino rəssamların müxtəlif nəsillərinin, eləcə də tanınmış sənətkarların çəkmiş olduqları uğurlu kino eskizlər, çəkilən fimlərdə rəssam işinin illustrativ xarakterli eskizləri və s. sahə terminoloji lüğətçiliyi baxımından əhəmiyyətli yenilik sayıla bilər.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru – Əməkdar incəsənət xadimi Rafiq Quliyev, rəyçilər – Xalq artisti Həmidə Ömərova, sənətşünaslıq üzrə fəlsəfə doktorları – Vidadi Qafarov, Fəridə Quliyeva, naşir Elnarə Abbasova, texniki redaktor Asim Səfərov, dizayner İradə Əhmədova, operator Röya Nəsirovadır.

Kitabın müəllifi Səyyad Bayramov ön sözdə kino sənətiylə yanaşı, eyni zamanda rəssamlığı dərindən bilməyin də vacib olduğunu qeyd edərək bildirir ki, kino rəssamı kino məkanının yaradıcısıdır, məkan isə həmişə həndəsidir: “Bu da o deməkdir ki, kinorəssamlığının öyrənilməsinin bir ucu da riyazi elmlərə söykənir. Kinorejissor üçün aktiv fəaliyyət məkanını quraşdıran məhz kino rəssamıdır. Onun işi kino operator işinin xüsusiyyətlərini müəyyənləşdirən əsas faktorlardan biridir. Kino rəssamının istedad və bacarığı aktyor oyununa da duyumlu tərzdə təsir göstərmək iqtidarındadır”.

S.Bayramov Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1972-1976), Tbilisi Rəssamlıq Akademiyasında (1976-1978), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1978-1983), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aspiranturasında (1988-1992) təhsil almış, 1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kinorejissor və təsvir rejissoru” kafedrasında müəllim vəzifəsində çalışıb. Sənətşünaslıq elmləri namizədidir. O, 1984-cü ildə “Qoca palıdın nağılı” tammetrajlı bədii filminin geyim rəssamı, 1984-cü ildə “Tənha narın nağılı” tammetrajlı bədii filminin dekor rəssamı, 1986-cı ildə “Xüsusi vəziyyət” tammetrajlı bədii filminin geyim rəssamı olub.

# 201 dəfə oxunub

Oxşar xəbərlər

Ruhi böhranlar məngənəsində çırpınan mütəfəkkir - Nitsşe niyə vətəndaşlıqdan imtina etmişdi?

Ruhi böhranlar məngənəsində çırpınan mütəfəkkir - Nitsşe niyə vətəndaşlıqdan imtina etmişdi?

16:05 15 oktyabr 2025
​​​​​​​"Alverimdi, can alveri, həm qabağam, həm geri" - Murad Köhnəqalanın şeiri

​​​​​​​"Alverimdi, can alveri, həm qabağam, həm geri" - Murad Köhnəqalanın şeiri

16:01 15 oktyabr 2025
Ramiz Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq

Ramiz Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq

15:54 15 oktyabr 2025
Əsəri “İncil”lə bərabər tutulan, Avropada kitabları ilə fala baxılan romalı şair

Əsəri “İncil”lə bərabər tutulan, Avropada kitabları ilə fala baxılan romalı şair

15:05 15 oktyabr 2025
Maykl Cekson zorakılıqda ittiham edildi

Maykl Cekson zorakılıqda ittiham edildi

14:09 15 oktyabr 2025
Sənəti ilə ideologiyanı aşan rəssam - Yusif Hüseynov

Sənəti ilə ideologiyanı aşan rəssam - Yusif Hüseynov

14:00 15 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər