Kevin Speysiyə qarşı növbəti ittiham: "Gücdən sui-istifadə"

Kevin Speysiyə qarşı növbəti ittiham: "Gücdən sui-istifadə"
5 mart 2026
# 13:30

Hollivud ulduzu Kevin Speysi tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edən aktyor Ruari Kennon Londonun "Old Vic" teatrı ilə razılığa gəlib.

Kulis.az xəbər verir ki, Kevin Speysinin bədi rəhbər olduğu dövrdə həmin teatrda çalışan və anonimlik hüququndan imtina edən Kennon aktyorun ona həm "Savoy" otelindəki gecədə, həm də teatrın barında təcavüz etdiyini irəli sürmüşdü.

"Old Vic" teatrı məsələ ilə bağlı yaydığı bəyanatda bildirib:

"Ruari Kennon və 'Old Vic' teatrı qarşılıqlı razılıq əsasında məhkəmədənkənar barışıq əldə ediblər. Razılaşmanın dəqiq şərtləri məxfi saxlanılır."

Teatr rəhbərliyi həmçinin əlavə edib ki, bu barışıq tərəflərdən hər hansı birinin məsuliyyəti boynuna alması mənasına gəlmir, sadəcə uzunmüddətli məhkəmə çəkişmələrinin xərclərini və mənfi təsirlərini nəzərə alaraq qəbul edilib.

Məhkəmə prosesi davam edir

Teatrla razılığa gəlməsinə baxmayaraq, Kennon Ali Məhkəmədə Kevin Speysiyə qarşı iddiasını davam etdirir. 2023-cü ilin iyulunda Speysinin bəraət aldığı cinayət işləri üzrə keçən iki anonim şəxs də hazırda ona qarşı mülki iddia qaldırıb. İddiaçılardan biri Speysinin ona sürücü işləyərkən, digəri isə aktyorun mənzilində huşsuz vəziyyətdə olarkən təcavüz etdiyini bildirib.

Kevin Speysi isə bütün bu ittihamları rədd edərək hər hansı qeyri-etik təmasın olmadığını müdafiə edir.

"Gücdən sui-istifadə" ittihamı

London Ali Məhkəməsində keçirilən iclasda iddiaçıların vəkilləri qeyd ediblər ki, Speysinin oxşar davranışlarını təsdiq edən daha 7 şahidin ifadəsi dinlənilməlidir. Vəkil Elizabet-Enn Qambel Speysinin öz məşhurluğundan və nüfuzundan istifadə edərək kişilərlə əlaqə qurduğunu, sonra isə onlara qarşı zorakılıq etdiyini vurğulayıb.

Speysinin vəkili Uilyam Makkormik isə bu iddiaların vahid bir davranış modelini əks etdirmədiyini və faktların bir-birindən fərqli olduğunu bildirib.

Hakim məsələ ilə bağlı qərarını daha sonra açıqlayacağını bəyan edib. Məhkəmə prosesinin əsas mərhələsi 9 noyabrda başlayacaq.

# 1208 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər