“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu
24 iyul 2026
# 14:00

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz (Nargis) İsmayılovanın Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdulla və postmodernizm” adlı monoqrafiyası ingilis dilində çap olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın müxtəlif zaman kəsimlərində yazdığı nəsr əsərlərini bir araya gətirən monoqrafiyada yazıçının “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəştləri” romanları və bir sıra hekayələri postmodern kontekstdən təhlilə çəkilir.

Kitabda bu əsərlər müasir elmi-nəzəri düşüncə müstəvisində analitik tədqiqə cəlb olunur, həmçinin Kamal Abdullanın bədii ədəbiyyata gətirdiyi yeniliklər, onların dünya ədəbiyyatı ilə əlaqələri araşdırılır. Müəllif bu nüansa xüsusi olaraq toxunaraq qeyd edir ki, “Azərbaycan nəsrində yaranan postmodernizmin əsas imzalarından olan, bu istiqamətdə əhəmiyyətli əsərlər yaradan Kamal Abdullanın yaradıcılığı Avropa postmodernizmi ilə qarşılıqlı şəkildə inkişaf aspektindən son dərəcə zəngin, aktual, operativ və çoxşaxəlidir”.

Kamal Abdullanın nəsr əsərlərindəki posmodernist aspektləri, dərin məna qatlarını diqqət mərkəzinə çəkən monoqrafiya “Giriş”, dörd fəsil – Kamal Abdulla: postmodernizmdən milli özünəməxsusluğa, “Unutmağa kimsə yox...”, “Sirri-zəmanə, yaxud hekayələr labirinti, Sirlərin sərgüzəşti” romanı: postmodern labirintdə obraz, zaman və mövzu problemi və “Nəticə”dən ibarətdir.

Monoqrafiyada müəllif özünəməxsus təhlillər apararaq belə nəticəyə gəlir: “Azərbaycan ədəbiyyatında postmodernizmin yaranması və inkişafı Kamal Abdulla yaradıcılığı ilə bağlıdır. Yazar bu cərəyanın ən dolğun nümunələrini yaratmağı bacarıb. Bu əsərlər Qərbin postmodern təfəkkürünü anlamaqda, postmodernizmin ədəbiyyatımıza nələri bəxş etdiyini, bu cərəyanın faktlarla milli zəmində inkişafını anlamağımıza və bunu praktik olaraq görməyimizə, təhlil etməyimizə xidmət edir”.

Qanun” nəşriyyatında işıq üzü görən “Kamal Abdulla və postmodernizm” kitabının elmi redaktorları filologiya üzrə fəlsəfə doktoru Azər Turan, dilçilik üzrə fəlsəfə doktoru, dosent Jalə Qəribova, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovadır.

Monoqrafiyanı ingilis dilinə Sevil Gültən tərcümə edib. Qeyd edək ki, kitab Azərbaycan dilində 2024-cü ildə nəşr olunub.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu

12:30 24 iyul 2026
Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər