İtaliya muzey biletlərinin qiymətlərini artırır

İtaliya muzey biletlərinin qiymətlərini artırır
24 may 2023
# 11:30

İtaliya şimaldakı Emilia-Romanya bölgəsindəki daşqın qurbanlarına pul toplamaq üçün muzeyə giriş haqqını bir avro artırıb.

Kulis.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Corc Meloni, İtaliyanın bir neçə gün ərzində iki milyard avro tapması lazım olduğunu, səlahiyyətlilərin bunu çətin bir iş hesab etdiyini bildirib.

"Mədəniyyət Nazirliyi muzeylərə giriş haqqının müvəqqəti olaraq bir avro artırıb və ondan əldə olunan gəlirlər daşqından zərər çəkmiş mədəni irsin qorunmasına sərf olunacaq", - deyə baş nazir qeyd edib.

Həmçinin zərər çəkmiş bölgələrdə işə gedə bilməyən işçilər 90 günə qədər fasilələrə görə kompensasiya alacaq, iş adamları üç min avroya qədər birdəfəlik ödəniş tələb edə biləcək.

Qeyd edək ki, Emiliya-Romanyada uzun sürən leysan yağışlardan sonra daşqın baş verib. Nəticədə azı 14 nəfər daşqınların qurbanı olub, 23 min insan isə təxliyə edilib.

# 2091 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər