“İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı oldu

“İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı oldu
10 iyun 2026
# 14:47

Azərbaycanın Belçikadakı səfirliyində “İRS” Nəşriyyat Evinin yeni kitablarının sərgisi təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirin açılışında çıxış edən ölkəmizin Brüsseldəki səfiri Vaqif Sadıqov bildirib ki, ölkənin aparıcı nəşriyyatlarından olan “İRS” Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və memarlığına dair çoxsaylı kitab və jurnallar nəşr edir. Bu nəşrlər müxtəlif xarici dillərdə çap olunaraq beynəlxalq auditoriyaya təqdim edilir.

Daha sonra “İRS” Nəşriyyat Evinin və Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı nəşriyyatın fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması istiqamətində görülən işlər haqqında məlumat verib. O qeyd edib ki, “PAŞA Həyat Sığorta” şirkətinin dəstəyi ilə 2013-cü ildən həyata keçirilən “İrs” silsiləsi layihəsi çərçivəsində Azərbaycanın mədəni irsini əks etdirən çoxsaylı nəşrlər hazırlanaraq geniş oxucu kütləsinə çatdırılıb.

Musa Mərcanlı sərgidə nümayiş olunan kitabları təqdim edib və iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə çıxış edən Brüssel Azad Universitetinin professoru Philippe Humble “İRS” nəşrlərində işıqlandırılan mövzular barədə fikirlərini bölüşərək, Azərbaycanla bağlı təəssüratlarından danışıb. O, həmçinin multikulturalizmin cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

“Travel Tomorrow” media şirkətinin rəhbəri Antonio Buscardini isə çıxışında Azərbaycana səfərləri zamanı şahidi olduğu zəngin tarixi-mədəni irs, ölkənin geniş turizm imkanları və beynəlxalq nüfuzunun artması barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Sərgidə Belçika ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, eləcə də bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir Belçikada təhsil alan azərbaycanlı musiqiçilərin təqdim etdiyi klassik və milli musiqi proqramı ilə davam edib. Musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində iştirakçılar nümayiş etdirilən nəşrlərlə yaxından tanış olmaq imkanı əldə ediblər.

# 758 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər