İranlı rejissor azadlığa buraxıldı

Məhəmməd Rəsulof

Məhəmməd Rəsulof

13 fevral 2023
# 15:00

Məşhur iranlı rejissor Məhəmməd Rəsulof müvəqqəti azadlığa buraxılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə rejissorun vəkili Məryəm Kianersi AFP xəbər agentliyinə bildirib.

"Şər yoxdur" filminə görə 2020-ci il Berlində "Qızıl Ayı" mükafatının qalibi Məhəmməd Rəsulof ötən iyul ayında sosial mediada hökuməti tənqid etdiyinə görə həbs olunduqdan sonra Tehranın Evin həbsxanasından müvəqqəti olaraq azad edilib.

"Müvəkkilimin həbsi səhhətinə görə iki həftə müddətinə dayandırılıb", vəkil deyib. 50 yaşlı Rəsulof iyulun 8-də İran təhlükəsizlik qüvvələrini may ayında ölkənin cənub-qərbindəki Abadan şəhərində binanın uçması ilə nəticələnən etirazlar zamanı silahdan istifadəni dayandırmağa çağıran müraciət dərc etdikdən sonra həbs edilib.

Rejissorun müvəqqəti olaraq azadlığa buraxılması fevralın 3-də Tehranın Evin həbsxanasından çıxan yaxın dostu, tanınmış kinorejissor Cəfər Pənahinin azadlığa çıxmasından sonra baş verib. Xatırladaq ki, Pənahi də zaminə buraxılıb və onun işinə mart ayında baxılacaq.

# 2966 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər