İnfarkt keçirən Vahid Əliyevin son vəziyyəti necədir?

İnfarkt keçirən Vahid Əliyevin son vəziyyəti necədir?
24 dekabr 2022
# 10:55

"Bir aydan çox idi ki, səhhətimdə bu proses gedirdi. Ürəyimin sancmalarından hiss edirdim. Elə məsələlərdə çox dərinə gedən insan deyiləm. Teatrda işlərim çoxaldı. Səhər saat 10:00-dan axşam saat 10-a kimi hər gün işləyirdim. İşləyəndə də hər fasilə yarandıqda qaçırdım siqaret çəkməyə. Özüm də hiss edirdim ki, siqaret çəkməklə ürəyimi yükləyirəm".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev verilişlərin birinə açıqlamasında deyib. Bir neçə gün əvvəl infarkt keçirən aktyor səhhətindən danışıb:

"Verilişdən evə gələndə ürəyimdə ağrı hiss etdim. Gəlinə dedim ki, dərman versin. Dərman içsəm də, gördüm ki, o xına, bu xına deyil. Yatdım! Gecə saat 2 radələri idi, ürəyim çox möhkəm ağrımağa başladı. Dərhal həyat yoldaşıma vəziyyətimin pis olduğunu söylədim. Evə təcili tibbi yardım çağırdıq. Onlar gəlib məni müayinə etdilər. Səhərə kimi yata bilmədim. Canınızın qədrini bilin. Əgər zamanında sağlamlığınızın qədrini bilməsəniz, mənim günümə düşəcəksiniz. Özüm sanki bilərəkdən bu yolu gedirdim".

# 9243 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər