"İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər

"İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər
18 aprel 2026
# 11:41

Kulis.az Rəşad Səfərin İlham Əzizim "Qəvvas" romanı haqqında yazısını təqdim edir.

Ralf Uold Emersonun təxminən belə bir fikri var: “Bir gün bütün romanlar avtobioqrafik yazılacaq. Amma o zaman əsas məsələ müəllifin nələri yazıb, nələri yazmayacağını dəqiq bilməsi olacaq.”

İlham Əzizin “Qəvvas” romanı bu baxımdan uğurlu alınıb.

Avtofikşn deyilən romanların roman janrının “üzünü ağ elədiyinə” inanmıram. Sırf uydurma roman da insan beyninin təbiəti etibarilə mümküm deyil. Yaxşı romanın şəxsi təcrübə, yaddaş və uydurmanın “sehirli formada” birləşməsindən yarandığını bilirik.

“Qəvvas”da nələr uydurmadır, nələr avtobioqrafikdir, bunu ancaq müəllifin özü bilir. Bəlkə, artıq heç özü də bilmir. Peşəkar oxucu bu sualı verməməlidir. Amma məsum diletantlıqla bunu düşünməkdə də problem yoxdur.

Bədii mətn, xüsusilə avtobioqrafik məzmunlu mətn yazanda ən təhlükəli məsələ vaxtilə içindən keçdiyimiz, bizi sarsıdan hadisələrin, duyğuların başqalarına da eyni cür təsir edəcəyini düşünməkdir. Halbuki təsir çox vaxt gözlədiyimiz kimi olmur. İlham Əziz tələyə düşməyib.

Oxucu kimi “Qəvvas”da dövrənin konsepsiyaya uyğun qapandığını gördüm. Yəni, roman öz həqiqətinə çatıb. Demək olar, yersiz detal, uğursuz əhvalat yoxdur. Pafos - auditoriyanın (oxucunun) duyğu olaraq nələr istədiyini əvvəlcədən bilib ona uyğun yazmaqdır. İlham bu pafosu da bacardığı qədər uzaq tutub. Rahat olduğu, tanıdığı meydanda oynayıb. Xeyli maraqla oxudum. Təbrik edirəm!

Ölkədə nəinki hər gün, heç hər ay, hər il normal milli roman çıxmır. Ona görə də, yaxşı romanlara rast gələndə oxumaq, müzakirə etmək, onu hadisəyə çevirmək lazımdır. Yoxsa, təqdimatlarda bir atım barıtdan sonra kitab nüsxələri ən yaxşı halda mağaza rəflərində, çox vaxt isə bir otağın küncündə, qutularda qeyri-müəyyən vaxta qədər mürgüləməyə məhkum olur.

# 820 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər