Maykl Ceksondan yeni rekord

Maykl Ceksondan yeni rekord
5 iyun 2026
# 11:30

Maykl Cekson 1970-ci illərdən bu yana hər 10 ildən bir "Billboard Hot 100" siyahısına düşməyi bacaran ilk və yeganə sənətçi olub.

Kulis.az xəbər verir ki, o, 1970, 1980, 1990, 2000, 2010-cu illərdə və yeni yayımlanan "Maykl" bioqrafik filmi, eləcə də tiktok trendlərinin təsiri sayəsində 2020-ci illərdə də "Hot 100" siyahısında ilk onluğa daxil olmaq uğurunu göstərən yeganə ifaçı kimi tarixə düşüb.

Ceksonun 2009-cu ildə vəfat etməsindən sonra onun daha əvvəl yayımlanmamış mahnıları 2014-cü ildə albom şəklində buraxılmışdı. Bu albomda yer alan "Çikaqo" mahnısı 2026-cı ilin iyununda "Hot 100" siyahısına 30-cu yerdən daxil olaraq sənətçinin rekordunu yeniləyib. 2020-ci illərdə siyahıya yeni bir mahnının daxil olması ilə birlikdə, Ceksonun son 60 ildə hər onillikdə yeni mahnıları "Hot 100" reytinqində yer almış oldu.

"Çikaqo" mahnısının bu uğuru əsasən Maykl Ceksonun həyatından bəhs edən filmin kassada böyük uğur qazanması nəticəsində sənətçinin mahnılarına olan marağın yenidən canlanması ilə əlaqələndirilir. Beləliklə, rəqəmsal platformalardakı dinlənmə göstəricilərinin artması sayəsində mahnı siyahıya daxil ola bilib. Mahnı dünya üzrə 388 milyon dinlənmə sayına çatıb. "Billboard"un məlumatına görə, son dövrdəki bu yüksəliş davamlı şəkildə irəliləyir.

Dünya miqyasında 500 milyondan çox albom satışı, qazandığı 13 "Qremmi" mükafatı və 31 dəfə adını "Ginnesin Rekordlar Kitabı"na yazdırması ilə o, "Bütün dövrlərin ən uğurlu əyləncə sənətçisi" titulunu əlində saxlayır. Sənətçinin 1982-ci ildə işıq üzü görən "Thriller" albomu 55 milyonu ötən satışı ilə bütün dövrlərin ən çox satılan albomu statusunu qoruyur.

# 786 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər