III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
21 iyul 2022
# 16:33

Festival avqustun 13-20 tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq.

Kulis.az xəbər verir ki, SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı – müstəqil, regional sənədli film festivalıdır. Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunur.

Bu ilki şüarı "Bizdən sizə kim düşə?" olan festivalın bu il üçün mövzusu isə qadınları sərhədləyən stereotiplərlə bağlıdır və fəaliyyətini stereotiplərin qırılmasına həsr edir.

Belə ki, məqsəd Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsi ilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq və festival proqramı çərçivəsində planlanılan fəaliyyətin buna xidmət etməsidir.

Seçki komissiyası tərəfindən seçilən filmlər, ən yaxşı uzun metrajlı film, ən yaxşı qısametrajlı sənədli film və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Bundan əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, masterklasslar, panel müzakirələr, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyəcək. Ötən illərdə olduğu kimi bu il də müxtəlif ölkələrin film insanları festivalın qonağı olacaq.

Proqramın bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində isə xüsusən Bakı, Şəki və Lənkəran şəhərlərinin gəncləri əməkdaşlığa cəlb edilib.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Sevilfestin bu ilki qalib rejissoru "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazanacaq.

Son olaraq qeyd edək ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

"Pri Qonkur" mükafatının qalibi elan olunub

"Pri Qonkur" mükafatının qalibi elan olunub

12:08 5 noyabr 2025
Hazır cavablardan qaçan yazıçı - Con Faulzun sirri nədədir?

Hazır cavablardan qaçan yazıçı - Con Faulzun sirri nədədir?

11:45 5 noyabr 2025
Azərbaycanlı şair  hoteldə  öldü

Azərbaycanlı şair hoteldə öldü

11:17 5 noyabr 2025
"Altın Kelebek"  ləğv edildi

"Altın Kelebek" ləğv edildi

10:34 5 noyabr 2025
Bir çamadan şeirini yandıran şair - O, axırıncı dəfə bacısına nə demişdi?

Bir çamadan şeirini yandıran şair - O, axırıncı dəfə bacısına nə demişdi?

10:30 5 noyabr 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:02 5 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər