Hökumə Billuri “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrində - Video

Hökumə Billuri “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrində - Video
27 may 2023
# 14:16

Bakıda “Xalq” Bankın Əsas binasında Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilən tədbir keçirilib və şairin “Seçilmiş əsərləri” kitabı ictimaiyyətə təqdim olunub.

Kulis.az xəbər verir ki, kitab “Xalq Əmanəti” layihəsi çərçivəsində ərsəyə gəlib.

Təqdimat mərasimində şair və yazıçılar, tərcüməçilər, şərqşünaslar və digər sahələrdən olan ziyalılar iştirak edib.
Nəşr natiqlər tərəfindən, “Xalq Əmanəti” layihəsi çərçivəsində milli irsin qorunmasında həyata keçirilən qiymətli işlərdən biri kimi qiymətləndirilib.

Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq tutulub, oxuculara şairin demək olar bütün şeirlərinin toplandığı ən müfəssəl əsərləri təqdim edilir.

Nümunəvi şair-vətəndaş örnəyi olan Hökumə Billurinin şeirləri bədii-estetik məziyyətləri ilə XX əsrin ikinci yarısında milli şeirimizdə önəmli yer tutur.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi “Xalq” Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir.

Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan, ingilis, rus dillərində çap olunan kitablar ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına hədiyyə olunur.

# 1688 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər