Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının üzvü seçildi

Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının üzvü seçildi
5 iyun 2025
# 10:30

Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü seçilib.

Kulis.az xəbər verir ki, Səlim Babullaoğlu bildirib ki, bu haqda xəbəri səfərdəykən alıb:

“Moldova Respublikasında səfərdəydim. Avropa Elm və Sənət Akademiyasının prezidenti Klaus Maynzer (Klaus Mainzer) və akademiyanın üzvlərlə əməkdaşlıq şöbəsinin rəhbəri İnqrid Firtalerdən (İngrid Vierthaler) bu haqda rəsmi məktub aldım. Bəzi formallıqlar var, yaxın vaxtlar da həll olar. Məktubda qeyd olunurdu ki, Akademiyanın 35 yaşı, elmin və sənətin müxtəlif sahələrini (humanitar elmlər, tibb, incəsənət, təbiət elmləri, sosial elmlər, hüquq və iqtisadiyyat, texniki və ətraf mühitlə bağlı elmlər, bir də dünya dinləri) təmsil edən dünyadan, xüsusən Avropa ölkələrindən1900 üzvü var, onların sırasında 29 Nobel mükafatçısı var. Belə anladım ki, üzvlük 3 kateqoriyadadır: həqiqi üzvlər, fəxri üzvlər, bir də rəyasət. Məni “incəsənət” kateqoriyası üzrə seçiblər, namizədliyimi Rumıniya tərəfi verib. Dəstəkləyənlər də olub təbii ki. Çünki proses bildiyim qədər seçki ilə baş verir. Akademiyanın mərkəzi ofisi Avstriyada, Zalsburqda yerləşir. Növbəti ilin martında Zalsburqda keçirilən üzvlüyün təqdimatı, yaxud məktubda yazıldığı kimi inaqurasiya mərasimində iştirak üçün də dəvət almışam. Namizədliyimi irəli sürən və dəstəkləyən hər bir şəxsə, cənab Klaus Maynzerə təşəkkür edirəm. Ümid edirəm, bunun bizim üçün faydası olacaq”.

# 191 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

16:00 6 iyun 2025
Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

14:15 6 iyun 2025
Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

13:00 6 iyun 2025
“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

12:30 6 iyun 2025
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

11:23 6 iyun 2025
Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri

11:00 6 iyun 2025
# # #