"Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçiriləcək

"Günəşə qovuşmaq istəyirəm mən!"  adlı konsert keçiriləcək
15 mart 2023
# 16:44

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert proqramı adını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Elegiya" adlı şeirinin "Günəşə qovuşmaq istəyirəm mən!" misrasından alıb.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən olan konsert regionda ilin böyük uşaq tədbirlərindən olmaqla uşaq və yeniyetmələrdə Azərbaycan, Vətən, yurd, Qarabağ mövzularına məhəbbət, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.

Tədbir çərçivəsində, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində təşkil olunacaq sərgidə şagirdlərin rəsm əsərlərindən, əl işlərindən ibarət, uşaqların vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri nümayiş olunacaq.

# 2911 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər