"Gəncliyin sözü" kitabı təqdim olundu

"Gəncliyin sözü" kitabı təqdim olundu
24 aprel 2022
# 13:15

"Gəncıiyin sözü" kitabı Bakı Dövlət Universitetində təqdim olunub.

Kulis.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Bakı Dövlət Universitetində təqdimatı keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və BDU könüllülərinin təşkilatçılığı ilə baş tutan görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, təşkilat tərəfindən indiyə kimi onlarla kitab nəşr edilib, birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.

Tədbirdə təşkilat tərəfindən ərsəyə gətirilən “Gəncliyin sözü” kitabı təqdim olunub. Topluda 55 gənc yazarın müxtəlif mövzularda əsərləri toplanıb. Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, fakültənin dekanı Əlamdar Cabbarlı, gənc yazarlar - Ümid Nəccari, Elmin Nuri, Ulucay Akif və Nadir Yalçın çıxış edərək, “Gəncliyin sözü” kitabının məziyyətlərindən bəhs ediblər. Görüşdə şair-bədii qiraətçi Anar Adilin ifasında şeirlər səsləndirilib, həmçinin tələbələrin çoxsaylı sualları cavablandırılıb.

# 2364 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər