Film layihələri üzrə pitçinq nəticələrinin açıqlanacaq

Film layihələri üzrə pitçinq nəticələrinin açıqlanacaq
2 oktyabr 2025
# 10:40

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan edilən 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nin pitçinq mərhələsi yekunlaşıb.

Kulis.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, pitçinq mərhələsi dörd sessiya üzrə təşkil olunub və hər sessiya canlı yayım vasitəsilə ictimaiyyətə təqdim edilib.

Müsabiqəyə ümumilikdə 41 şirkət tərəfindən 88 film layihəsi təqdim olunub. Onlardan 17-si əvvəllər ARKA-dan maliyyə dəstəyi almış, 24-ü isə ilk dəfə müraciət edən şirkətlərin layihələridir.

Həmçinin qeyd olunub ki, builki müsabiqənin xüsusiyyətlərindən biri özəl sektorun fəal iştirakı olub.

Təqdim edilən büdcələrə əsasən, layihə xərclərinin təxminən 31 faizi özəl şirkətlər, 69 faizi isə dövlət dəstəyi hesabına qarşılanması nəzərdə tutulur. Bu göstərici kino sahəsində dövlət-özəl tərəfdaşlığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumata əsasən, seçim nəticəsində 29 layihə pitçinq mərhələsinə buraxılıb ki, bunlar aşağıdakılardır.

- 6 tammetrajlı bədii film;

- 8 qısametrajlı bədii film;

- 4 bədii-sənədli film;

- 3 sənədli film;

- 5 animasiya filmi;

- 3 tələbə filmi.

Qeyd edək ki, Seçim Komissiyası və Ekspert Şurasının yekun iclası 7 oktyabr 2025-ci il tarixində keçiriləcək və qalib layihələrin siyahısı ictimaiyyətə açıqlanacaq.

# 1045 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

15:57 27 oktyabr 2026
Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü

Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü

15:45 27 oktyabr 2026
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl”  sərgisində

Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisində

15:45 27 oktyabr 2026
“HarperCollins” yeni nəşriyyat markası yaradır – Romantik romanlar üçün istiqamət

“HarperCollins” yeni nəşriyyat markası yaradır – Romantik romanlar üçün istiqamət

15:00 27 oktyabr 2026
1600 illik Roma sənətinin sirri açıldı – Alimlər rəngini dəyişən şüşəni yenidən hazırladılar

1600 illik Roma sənətinin sirri açıldı – Alimlər rəngini dəyişən şüşəni yenidən hazırladılar

14:30 27 oktyabr 2026
"Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar

"Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar

14:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər