Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 30 oktyabr 2025-ci il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.
Qaliblər sırasında "APA Media Group"un 4 əməkdaşı var.
Belə ki, APA İnformasiya Agentliyinin redaktorlarından olan Mirmehdi Ağaoğlu və Nadir Yalçın, eyni zamanda iqtisadiyyat şöbəsinin əməkdaşı Şükran Məmmədov, "APA Media Group"un tərkibində fəaliyyət göstərən "Kulis" mədəniyyət portalının redaktoru Sevinc Mürvətqızı qaliblər sırasında yer alıblar.
Mirmehdi Ağaoğlu “ən yaxşı müsahibə”, Nadir Yalçın “ən yaxşı mədəniyyət materialı”, Şükran Məmmədov isə “ən yaxşı sosial-iqtisadi təhlil", Sevinc Mürvətqızı "ən yaxşı jurnalist araşdırması" nominasiyası üzrə qalib olub.