Evində baş verən yanğında xəsarət alan dramaturq öldü

Evində baş verən yanğında xəsarət alan dramaturq  öldü
17 may 2023
# 12:00

Rejissor, aktyor və dramaturq Yevgeni Kozlovski mayın 11-də Moskvada mənzilində baş verən yanğından sonra vəfat etdi.

Kulis.az xəbər verir ki, bu barədə "The Voice" məlumat yayıb.

Məlumata görə, 76 yaşlı sənətçinin səhhətində son zamanlar ciddi problemlər yaranıb və bu yaxınlarda onun mənzilində yanğın baş verib. Yanğın zamanı Kozlovski evdə tək olub. Onun həyat yoldaşı həmin vaxt küçədə ev iti gəzdirirmiş. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub. Hadisədən sonra xəstəxanaya yerləşdirilən dramaturq dörd gün sonra ölüb.

Yevgeni Kozlovski 1976-cı ildə Moskva İncəsənət Teatr Məktəbinin rejissorluq fakültəsini bitirib, bundan sonra əyalət teatrlarında onlarla tamaşaya quruluş verib. 1985-ci ildən onun ssenariləri əsasında filmlər çəkilib. Kozlovski aktyor kimi cəmi iki filmdə - "Xaçpərəstlər necə yaşayır?", "Görünüş"də rol alıb.

КОЗЛОВСКИЙ Евгений Антонович - биография, новости, фото, дата рождения,  пресс-досье. Персоналии ГлобалМСК.ру.

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər