"Əsəd Cahangir fəlsəfi debata niyə çıxıb?" - Ağalar Qutdan tənqidçiyə cavab

"Əsəd Cahangir fəlsəfi debata niyə çıxıb?" - Ağalar Qutdan tənqidçiyə cavab
1 dekabr 2025
# 12:30

Filosof Ağalar Qut müsahibəsində tənqidçi Əsəd Cahangirin "Ağalar Qut daha ciddi fəlsəfi işlərlə məşğul olsun, hansı söz ilk dəfə kimin dilində işlənib-işlənməyib, bu, dilçi-ədəbiyyatşünas alimlərin işidir" fikrinə münasibət bildirib.

Kulis.az xəbər verir ki, o, məsələyə, subeyktiv yox, ictimai şüurun verdiyi reaksiyalar kimi baxdığını deyib:

"Əsəd Cahangir dilin fəlsəfə ilə nə qədər iç-içə olduğunu nəzərə almır. Mən də Əsəd müəllimə deyə bilərəm ki, ədəbi tənqidçidir, anadilli elmi-fəlsəfi terminalogiya mövzusunda debata niyə çıxıb? Ədəbi tənqid nə qədər dildən danışa bilirsə, fəlsəfə də o qədər, hətta ondan çox danışa bilər. Bununla belə həm Şərif Ağayara, həm də Əsəd Cahangirə təşəkkür edirəm ki, fikirlərini bildirdilər, müzakirədə iştirak etdilər. Məsələyə, subeyktiv yox, ictimai şüurun verdiyi reaksiyalar kimi baxıram. Bunlar çox qiymətli reaksiyalardır.

Sartr “Ürəkbulanma” əsərini yazanda ədəbi tənqidçilər deyirdilər ki, müəllif dəlidir, onu ciddi qəbul etməyin. Sartr deyir ki, sonradan mən fəlsəfi əsərlərimi yazanda romanımı başa düşməyə, ciddi qəbul etməyə başladılar. İndi deyirlər ki, Ağalar müəllim əvvəl daha maraqlı mövzulara toxunurdu, dinə keçib, meyxanadan danışır. Bəziləri deyir, Ağalar Qut getsin, öz işi ilə məşğul olsun.

Mən fəlsəfənin ən ciddi məsələləri ilə məşğul oluram.

Sadəcə axtarışlarımın nəticəsində bir dəfə “sayrışmaq” sözü qarşıma çıxır, başqa vaxt “əkil-bəkil”. İndi Manixeizm, Zərdüştlük, iradə metafizikası, insanın rasional olub-olmaması və ən əsası, ana dilli milli terminalogiya mövzularını dərindən işləyirəm. Əsas işim bunlardır. Bu mövzular ətrafında fəlsəfənin ən drammatik suallarına cavab verməyə çalışıram".

# 1481 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər