Elza Seyidcahan Qırğızıstan Bəstəkarlıq İttifaqına üzv oldu

Elza Seyidcahan Qırğızıstan Bəstəkarlıq İttifaqına üzv oldu
30 mart 2022
# 10:20

Martın 29-da Qırğızıstanın Azərbaycandakı səfirliyində Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahana qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə bu ölkənin Bəstəkarlar İttifaqının üzvlük vəsiqəsi təqdim olunub.

Kulis.az xəbər verir ki, Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev çıxış edərək Azərbaycanla mədəni əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini söyləyib.

Səfir deyib: “Biz türk xalqları olaraq qədim tarixi köklərə malikik. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahədə çox sıx əlaqələr mövcuddur. Biz Elza xanımı Qırğızıstan Bəstəkarlar İttifaqına qəbul etməkdən çox məmnunuq. Belə bir çətin zamanda mədəniyyət sahəsinə önəm vermək olduqca vacibdir, çünki mədəniyyət insanlar arasında sülh yaradır”.

Bildirilib ki, cari ilin fevral ayında Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.

Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova bildirib ki, indi hər iki ölkə bəstəkarlarının bir-birilərini yaxından tanıması üçün gözəl fürsət yaranıb. O, qırğız bəstəkarlarının əsərləri ilə tanış olmaq və birgə mədəni tədbirlər həyata keçirmək arzusunu ifadə edib.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Elza Seyidcahan qardaş qırğız xalqının Bəstəkarlar İttifaqına üzv seçilməsindən məmnunluğunu söyləyib.

Qırğızıstanda keçirilən “İssık-Kul Musiqi Müsabiqəsi”nin qalibi olduğunu və TÜRKSOY-un xüsusi mükafatını qazandığını diqqətə çatdıran bəstəkar qeyd edib ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun layihəsi ilə Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısını Sayman Aruzun tərcüməsində fars dilində ifa edib.

“Mən və digər azərbaycanlı musiqiçilər bu il keçiriləcək "İssık-Kul- Türkün inci dünyası” festivalında iştirak edəcəyik. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim olunacaq”, - deyə bəstəkar bildirib.

O, mətnin müəllifi Leyla Əliyevaya, tərcüməçi Sayman Aruza, musiqi müəllifi Abbasqulu Nəcəfzadəyə, həmçinin Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədova təşəkkür edib.

Mərasimdə iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, o cümlədən gənc qırğız bəstəkarlarının Bakıda konsertinin təşkili müzakirə olunub.

Sonra səfir Qırğızıstan Bəstəkarlar İttifaqının üzvlük vəsiqəsini Elza Seyidcahana təqdim edib.

# 3019 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər