Əlcəzairdə Şuşa haqqında kitab çapdan çıxdı

Əlcəzairdə  Şuşa haqqında kitab çapdan çıxdı
21 iyun 2024
# 15:37

Əlcəzairdə akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası – Şuşa” kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, 2024-cü ildə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması çərçivəsində diplomatik nümayəndəliyimizin dəstəyi ilə AMEA-nın həqiqi üzvü, akademik Zemfira Səfərovanın müəllifi olduğu “Azərbaycanın musiqi qalası – Şuşa” kitabı ərəb dilində bu ölkənin “DJIL Print” nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxıb.

Kitabda Şuşa şəhərinin 1750-ci ildə Qarabağ xanı Pənah Əli Xan tərəfindən əsasının qoyulması, burada Azərbaycanın görkəmli musiqiçiləri, bəstəkarları və ifaçılarının yetişməsi haqqında ərəb ictimaiyyətinə müfəssəl məlumat verilir. Bununla yanaşı, bu qədim mədəniyyət paytaxtında Məslisi-üns, Məclisi-fəramuşan kimi ədəbi və musiqili məclislərin təşkil edildiyi, “Qarabağın konservatoriyası” adı verilmiş bu şəhərin 30 ilə yaxın erməni işğalı altında olduğu və 44 günlük Vətən müharibəsi zamanı azad edildiyi diqqətə çatdırılır.

Müəllif Şuşanın Azərbaycan, Şərq və bütövlükdə dünya mədəniyyəti üçün əhəmiyyətindən də söz açır.

Kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması münasibətilə xalqa müraciəti də yer alıb.

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər