Dünyanın ən qədim dastanları

Dünyanın ən qədim dastanları
16 noyabr 2025
# 15:00

Kulis.az dövrünün sərhədlərini məşhur dastanlar haqqında material təqdim edir.



"Gilqameş" dastanı

"Gilqameş" dastanı Akkad mixi yazısı ilə Şumerlər tərəfindən 56 gil tablet üzərində yazılmışdır.

Təxminən, eramızdan əvvəl 3000-ci illərə aid edilir və insanlıq tarixinin ən qədim yazılı dastanı hesab olunur.

Dastanda Uruk kralı Gilqameşin ölümsüzlük axtarışı və bu yolda yaşadığı hadisələr, həmçinin Tufan (Böyük tufan) mövzusu əks olunub. Bu dastan eyni zaman qədim Mesopotamiya insanlarının dünyagörüşünü, həyat fəlsəfəsini və cəmiyyət quruluşunu əks etdirir. Gilqameşin dostu Enkidu ilə münasibəti dastanın emosional və mənəvi xəttini gücləndirir.

Tabletlərin hamısı günümüzə çatmadığından dastan bütünlüklə məlum deyil.



"Oğuz Kağan" dastanı

Hun İmperatoru Mete Xanın həyatı əsasında formalaşmış bu dastan türk xalqının tarix və mədəniyyəti haqqında önəmli məlumatlar verir.

Dastanın ilkin variantları günümüzə çatmayıb, lakin üç fərqli yazısı mövcuddur: Uyğurca, çağatayca və farsca. Dastanda Oğuz Kağanın dünyaya gəlişi, igidliyi və dövlət quruculuğu geniş təsvir olunur. Əsərdə türk tayfalarının birliyi və onların formalaşma prosesi haqqında mifoloji motivlər yer alır.

Uyğur yazısı ilə olan versiyası hazırda Paris Milli Kitabxanasında saxlanılır.



"İliada" dastanı

Homer tərəfindən yazılmış "İliada" dastanı, Troya müharibəsinin son 51 gününü əhatə edir.

Müharibə yunan Akhalar ilə qərbi Anadoluda yaşayan Troyalılar arasında baş vermişdir.

Yunan ədəbiyyatının ən qədim iki nümunəsindən biri olan bu dastan epik şeir üslubunda yazılmış və 16000-dən çox misradan ibarətdir. Əsərdə Axilles, Hektor kimi qəhrəmanların xarakterləri həm faciənin həm də qəhrəmanlığın ifadəsi kimi təqdim olunur. "İliada" həm yunan mitologiyasının zənginliyini, həm də qədim döyüş ənənələrini əks etdirən əvəzsiz mənbədir.

"İliada"nın eramızdan əvvəl 7-ci və ya 8-ci əsrdə yazıldığı düşünülür.



"Odisseya" dastanı

Homerin ikinci dastanı - "Odisseya" Troya müharibəsindən sonra qəhrəman Odisseyin evinə – İtaka adasına dönüş yolunu və bu yolda başına gələn hadisələri əks etdirir.

Odisseyin uzun və təhlükəli səyahəti müxtəlif mifoloji varlıqlar və sehrli məkanlarla zəngindir. Dastanda qəhrəmanın ailəsinə və vətəninə olan bağlılığı əsas motivlərdən biridir.

Bu dastan "İliada" ilə birlikdə yunan ədəbiyyatının ən qədim və əhəmiyyətli əsərlərindən sayılır.

"Beovulf" dastanı

Təxminən, 1000-ci illərdə yazıldığı güman edilən bu dastan ingilis ədəbiyyatında qəhrəmanlıq şeiri kimi tanınır.

Əsas obrazı gənc qəhrəman Beovulfdur və dastanda onun bəd ruhlu canavarla mübarizəsi təsvir edilir. Dastanda Beovulfun həm gənclik döyüşləri, həm də yaşlılıq illərindəki son savaşları paralel verilir. Əsər Skandinaviya və qədim german qəbilələrinin dini inamı, cəmiyyət quruluşu haqqında kifayət qədər məlumat var.

"Beovulf" dastanının mətbəə nəşri ilk dəfə 1815-ci ildə həyata keçirilib.

"Ramayana" dastanı

Hind şairi Valmiki tərəfindən yazıldığı güman olunan "Ramayana" dastanı 24000 beytdən ibarətdir.

Dastanın qəhrəmanı şahzadə Rama, Hindu tanrısı Vişnunun insan surətindəki təcəssümüdür. Əsərdə Ramaya, Sita və Hanuman kimi obrazların ailə, sədaqət və ədalət uğrunda mübarizəsi ön plandadır. Dastan həm dini-fəlsəfi, həm də etik dəyərlərin formalaşmasında mühüm rol oynayıb.

"Ramayana" hind mədəniyyətinə dair zəngin məlumatlar təqdim edir və Hindistanın ən önəmli iki dastanından biridir. İkincisi isə "Mahabharata" dastanıdır.



"Kalevala" dastanı

Fin ədəbiyyatının ən önəmli əsərlərindən biri olan "Kalevala" dastanı 19-cu əsrdə Elias Lönnrot tərəfindən yazılmışdır.

Lönnrot fizika və tibb üzrə mütəxəssis idi və fin xalq nağıllarını toplayaraq epik şeir yaratmışdır. "Kalevala"da Fin mədəniyyətinə aid mifoloji qəhrəmanlar, sehrli əşyalar və qədim inamlar əsas yer tutur. Dastan Finlandiyanın milli kimliyinin formalaşmasında xüsusi rol oynamışdır.

Dastan 22795 misra və 50 şeirdən ibarətdir və indiyə qədər 49 dilə tərcümə olunub.



"İqor polku haqqında dastan"

Bu dastan Rus knyazı İqor Svatoslaviçin 1185-ci ildə şərqi Avropada yaşamış Türk xalqları Kumanlara qarşı etdiyi, lakin uğursuz olan hərbi səfərini təsvir edir.

Əsərdə döyüş səhnələri ilə yanaşı, Knyaz İqorun daxili təlatümləri də təsvir olunur. Dastan həm rus, həm də türk xalqlarının orta əsr münasibətlərinə işıq salır.

Şeir üslubunda yazılmış dastanın orijinal mətninin tarixi 1795-ci ilə aiddir.


“Dədə Qorqud” dastanı

“Dədə Qorqud” dastanı türklərin ən qədim epik irs nümunələrindən biridir və Oğuz toplumunun dünyagörüşünü, yaşayış tərzini, mənəvi dəyərlərini əks etdirir. Dastan 12 boydan ibarətdir və hər boyda qəhrəmanlıq, ailə, cəmiyyət və şərəf anlayışları ön plana çıxır. Dastanın mərkəzində dayanan Dədə Qorqud obrazı ağsaqqal bilik, müdriklik və ədaləti təmsil edir. Əsərdə Oğuz türklərinin adət-ənənələri, mərasimləri və qəhrəmanlıq idealı dolğun şəkildə təsvir olunur.

Dastanın yazılı variantının 15-ci əsrdə qələmə alındığı güman edilsə də, məzmunu çox daha qədim dövrlərə dayanır.


# 69 dəfə oxunub

Oxşar xəbərlər

Türk kinosunun ən komik obrazları

Türk kinosunun ən komik obrazları

12:00 16 noyabr 2025
APA-nın yaranmasından 21 il ötür

APA-nın yaranmasından 21 il ötür

10:45 16 noyabr 2025
Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

17:00 15 noyabr 2025
Əməkdar artist Akif Mirabov vəfat edib

Əməkdar artist Akif Mirabov vəfat edib

14:29 15 noyabr 2025
Yaşar Nurinin qızı vəfat edib

Yaşar Nurinin qızı vəfat edib

14:06 15 noyabr 2025
"Sadəcə sənin adın var könlümdə..." - Günün mahnısı

"Sadəcə sənin adın var könlümdə..." - Günün mahnısı

13:30 15 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər