"Mənzərəyə açılan ev" sərgisi açıldı

"Mənzərəyə açılan ev"  sərgisi açıldı
9 mart 2026
# 14:00

"Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və "Gazelli Art House" Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır. Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib.

Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, "Her Art in Action", VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına, eləcə də Azərbaycanın beynəlxalq mədəni iştirakının gücləndirilməsinə həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

Qeyd olunub ki, üç il ardıcıl keçirilən "Her Art in Action" regionda qadınların yaradıcılığına və millətlərarası mübadiləyə həsr olunmuş nadir festival kimi çıxış edir. Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Gürcüstan, Misir, həmçinin Balkan bölgəsi, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir.

"Mənzərəyə açılan ev" mövzusu isə evi sabit məkan kimi deyil, qadın təcrübəsi ilə formalaşan dəyişkən bir vəziyyət kimi nəzərdən keçirir. Gündəlik məişət hüdudlarından çıxaraq, mövzu qadınların ictimai və şəxsi həyat, göz önündə olma və təklik, aidiyyət və müqavimət arasındakı gərginlikdə məkanı necə yaratdığını, müəyyən etdiyini, mübarizə apardığını və geri qaytardığını araşdırır.

Tədbir çərçivəsində, şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib.

Həmçinin sərgi iştirakçıları öz əl işlərindən Leyla Əliyevaya hədiyyə ediblər.

Sonda Leyla Əliyeva "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

Qeyd edək ki, festivala mayın 31-də yekun vurulacaq.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
142 il əvvəl itən intibah dövrü sənət əsərləri  bir evin dəhlizində tapıldı

142 il əvvəl itən intibah dövrü sənət əsərləri bir evin dəhlizində tapıldı

12:30 31 oktyabr 2026
Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

12:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər