"Dördotaqlı mənzili Məmməd İsmayıla Anar təqdim edib" - Açıqlama

"Dördotaqlı mənzili Məmməd İsmayıla Anar  təqdim edib" - Açıqlama
21 avqust 2023
# 17:06

"Xalq yazıçısı Mirzə İbrahimovun təhvil verdiyi dördotaqlı mənzili Məmməd İsmayıla Anar təqdim edib"

Bu barədə AYB-nin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Məmməd İsmayılın bəhs etdiyi evdən AYB-nin xəbəri yoxdur:

"Kulis.az saytında “Məmməd İsmayıl AYB-dən necə ev aldığına aydınlıq gətirdi” başlıqlı məqalə dərc edilib. Məqalədə şair Məmməd İsmayıl ona verilmiş dördotaqlı mənzilin guya A.Vəzirov (Ə.Vəzirov) tərəfindən verildiyini və buna vəsilə olan şəxsin də “Sosialist İndustriyası” adlı qəzetin Azərbaycan üzrə xüsusi müxbiri Cavanşir Məlikov olduğunu bildirib. Xatırlatmaq istəyirik ki, 1987-ci ilin iyunun 18-də Azərbaycan Yazıçılar Birliyinə I katib seçilən Anar qısa zamandan sonra Məmməd İsmayıla Xalq yazıçısı Mirzə İbrahimovun təhvil verdiyi dördotaqlı mənzili təqdim edib.... Bu vaxt Azərbaycan KP MK-nin I katibi Kamran Bağırov idi. Ə.Vəzirov isə Azərbaycandan kənarda işləyirdi. Əgər Məmməd İsmayıl, öz açıqlamasında dediyi kimi, Ə.Vəzirovdan da ikinci bir mənzil alıbsa, bundan xəbərimiz yoxdur..."

# 5111 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər