“Doğma torpaq” filminin maliyyə çatışmazlığı məsələsinə aydınlıq gətirildi

“Doğma torpaq” filminin maliyyə çatışmazlığı məsələsinə aydınlıq gətirildi
25 aprel 2022
# 17:40

Mədəniyyət Nazirliyi “Doğma torpaq” filminin maliyyə çatışmazlığı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, film istehsalına başlamazdan öncə “Narimanfilm” kinostudiyasına maliyyə dəstəyi göstərilib.​​​​​

“Doğma torpaq” bədii filminin istehsalına dəstək göstərilməsi ilə bağlı filmin istehsalına başlamazdan öncə “Narimanfilm” kinostudiyası tərəfindən Mədəniyyət Nazirliyinə müraciət olunub və tərəfimizdən filmin istehsalına tələb olunan maliyyə dəstəyi göstərilib”, - Nazirlikdən bildirilib.

Xatırladaq ki, “Narimanfilm” kinostudiyası filmin montaj mərhələsinin bitdiyini və hazırda səs və kompüter qrafikası üzərində işlər aparıldığını, lakin filmin büdcəsi hələ də tam formalaşmadığından çətinliklər yaşanıldığını bildirmişdi: “Filmin istehsalı üçün lazım olan vəsaitin 50 faizi Mədəniyyət Nazirliyi tərəfindən təmin olunub. Digər 50 faizini isə sponsorlar vasitəsilə təmin etməyi planlaşdırmışıq və hazırda, təxminən, 20 faiz maliyyə çatışmazlığı var. Bununla əlaqədar olaraq saytımızda kraudfandinq platformasına start verilib –

https://azcinemaonline.com/en/crowdfunding)

Qeyd edək ki, “Doğma torpaq” bədii filminin ilk mərhələsinin çəkilişləri 2021-ci ilin mart-aprel aylarında, son mərhələnin çəkilişlərinin isə sentyabr-oktyabr aylarında həyata keçirilib. Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb. Sözügedən bədii filmin Xocalı faciəsinin 30-cu ildönümündə 2022-ci ildə Vətən müharibəsindəki Zəfərimizin ikinci ildönümü ərəfəsində yayımlanması nəzərdə tutulub. Film tamamlandıqdan sonra Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələr daxil olmaqla dünya səviyyəsində yayımlanması, həmçinin bir çox beynəlxalq festivallarda iştirakı gözlənilir.

# 2569 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər