Direktor: "Bizə 167 min yox, 40 min pul köçürülüb" - Açıqlama

Direktor:  "Bizə 167 min yox, 40 min pul köçürülüb" - Açıqlama
14 may 2025
# 16:45

"Həmin pul dövlət büdcəsindən ARKA-ya köçürülüb, bizə yox. Bəli, 167 min ayrılıb, amma bizə pulun hamısı köçürülməyib. Bəs mən nədən danışıram? Bəla elə onun bəlasıdır da..."

Kulis.az xəbər verir ki, bu sözləri Tədris-film (Tələbə-tədris) kinostudiyasının direktoru Elnur Mehdiyev deyib.

Kinotənqidçi Sevda Sultanovanın sözügedən məsələ ilə bağlı "Müqaviləyə əsasən, 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Tələbələrin sözlərinə görə, 50 mindən hazır olan hər 4 filmə 2-3 min arası pul verilib. 3 mindən hesablasaq, bu, 12 min manat edir. Bəs vəsaitin qalan hissəsi?" sualına cavab verən Elnur Mehdiyev qeyd edib ki, onlara 167 min manat köçürülməyib:

"Həmin pul dövlət büdcəsindən ARKA-ya köçürülüb, bizə yox. Bəli, 167 min ayrılıb, amma bizə pul köçürülməyib. Bəs mən nədən danışıram? Bəla elə onun bəlasıdır da. Növbəti layihə üzrə işləyən tələbələrin tələbi odur ki, bizə pul verin, çəkək. Mən də onları başa sala bilmirəm ki, pul yoxdur. Mən sənə pulu haradan verim ki, gedib çəkəsən? Məsələ bunun üstündədir. Beş filmi artıq təhvil vermişik, pulunu da almışıq. Həmin pulu da vermişik tələbələrə və filmdə iştirak edən bütün heyətə."

Direktorun sözlərinə görə, filmlərə cəmi 40 min pul köçürülüb:

"Əslində, 167 min olmalıdır. Onu da belə köçürmürlər. Onlar deyir ki, filmi təhvil verin, sonra pul ayıraq sizə. Orada bədii şura var ki, onlar filmi və layihəni qəbul etməlidir, ondan sora maliyyə köçürülməlidir. Bəs mən də onun davasını edirəm də. Qalan digər vəsait də film ərsəyə gələndən sonra köçürüləcək. Birinci pul ayrılmalı, daha sonra film çəkilməlidir..."

Elnur Mehdiyev qeyd edib ki, müqavilənin şərtlərinə diqqət yetirilməyib:

"Əvvəlcədən müqavilənin dərinliklərinə getmədik. Müqavilədə deyilir ki, pul ayrılacaq. Şərtlərə isə dərindən diqqət yetirilmədi. O vaxt bizə deyilməmişdi ki, filmlər ərsəyə gətirildikdən sonra maliyyə ayrılacaq. Bu məsələ müqavilədə yox idi. Pul ayrılacağı deyilmişdi, amma hansı şərtlər üzrə ayrılacağı bəlli deyildi. Müqavilə imzalanandan sonra biz bilmişik ki, sən demə, vəsait sonradan ayrılacaq. Tələbələrlə birlikdə hamı sevindi ki, maliyyə ayrılacaq. Şərtləri isə sonradan bildik. Hətta orada başqa bir bənd də var ki, maliyyə 30 faiz ayrıla bilər. Ancaq bir şərtlə, "tədrisfilmin" balansında layihənin, ən azı, 10 faizi qədər maliyyə olmalıdır. "Tədrisfilm" heç vaxt fəaliyyət göstərməyib. Biz tələbəyik axı. Hardasa, 16-17 min pul edir. O da bizdə yoxdur... Rəşad Əzizovla görüşəndə bu barədə danışacağıq, görək, müqavilədə dəyişiklik olunacaq ya yox..."

# 2761 dəfə oxunub

Oxşar xəbərlər

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:08 4 iyul 2026
Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

14:10 4 iyul 2026
Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

13:10 4 iyul 2026
Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu

Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu

12:28 4 iyul 2026
Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

18:00 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

17:56 3 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər