“Dəmir yumruq” sənədli filmi nümayiş olundu

“Dəmir yumruq” sənədli filmi nümayiş olundu
28 aprel 2021
# 19:00

Aprelin 28-də Xəzər rayonunun Zirə Mədəniyyət evində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Real TV”nin təşkilatçılığı ilə lentə alınmış “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.

Kulis.az xəbər verir ki, filmin nümayişindən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Real TV”nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir guşəsində yaşayan azsaylı xalqların gənclərinin torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.

Filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.

Azərbaycanda yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir yumruq” sənədli filmi maraqla izlənilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında filmin nümayişi təşkil olunur.

# 3280 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər