Cənnət Səlimovanın 85 illik yubileyi keçirildi

Cənnət Səlimovanın 85 illik yubileyi keçirildi
26 yanvar 2025
# 12:05

Yanvarın 25-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük rejissor, görkəmli sənətkar, Xalq artisti Cənnət Səlimovanın 85 illik yubileyi keçirilib.

Kulis.az xəbər verir ki, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək sənətkarı yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.

Gecədə professor, Əməkdar İncəsənət Xadimi Məryəm Əlizadə yubiliyarın teatr xidmətlərindən, pedaqoji fəaliyyətindən ətraflı söz açıb. Bildirib ki, Azərbaycan teatr sənətinin ən parlaq nümayəndəsi kimi Cənnət Səlimova quruluş verdiyi tamaşalarda özünəməxsusluğu və qüdrəti ilə seçilib. Onun səhnə əsərləri həm ölkəmizdə, həm də xaricdə böyük uğurlar qazanıb.

Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubiliyar haqqında səmimi fikirlər səsləndirib.

Daha sonra Cənnət Səlimova Teatr Xadimlər İttifaqı tərəfindən “Teatr xadimi” qızıl medalı ilə təltif olunub, sənətkarın həyat və yaradıcılığını əks etdirən mərhum rejissor Aydın Dadaşovun ekranlaşdırdığı “Çağırış” adlı sənədli film, “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş olunub.

# 2950 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər