Cəmi 24 yaşında doktorluq dərəcəsi alan, adı nasizmlə əlaqələndirilən dahi filosof

Cəmi 24 yaşında doktorluq dərəcəsi alan, adı nasizmlə əlaqələndirilən dahi filosof
25 avqust 2025
# 13:00

25 avqust görkəmli alman filosofu, yazıçı və mütəfəkkir Fridrix Nitsşenin anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Fridrix Vilhelm Nitsşe 15 oktyabr 1844-cü ildə atasının Lüteran keşişi kimi xidmət etdiyi Almaniyanın Röken şəhərində anadan olub. O, dörd yaşında ikən atasını itirib.

Naumburqda yerli məktəblərdə oxuduqdan sonra Nitsşe 1858-ci ildə Almaniyanın ən yaxşı internat məktəblərindən biri olan Pforta məktəbinə təqaüd qazanıb. Bu illərdə Nitsşe xristianlığı tərk edib və Tanrıya olan inamını itirib.

Daha sonra o, Bonn Universitetinə daxil olub. Burada Fridrix Riçldan filologiyanı öyrənib və Riçl Leypsiq şəhərinə köçəndə Nitsşe də onunla birgə gedərək təhsilini orada davam etdirib.

Nitsşeyə İsveçrənin Bazel Universitetində klassik filologiya üzrə professor vəzifəsi təklif edilib. Onun cəmi 24 yaşı var idi və nə doktorluq dissertasiyasını tamamlamış, nə də müəllimlik sertifikatı almışdı. Lakin Riçlin israrı ilə Leypsiq Universiteti Nitsşeyə dərc olunmuş məqalələri əsasında doktorluq dərəcəsi verdi. Bu illərdə o, Riçard Vaqner və həyat yoldaşı Kosima ilə yaxın dostluq münasibətləri qurur, tez-tez onların villasına baş çəkirdi.

Bazelə köçməzdən əvvəl Nitsşe Prussiya vətəndaşlığından imtina etdi və ömrünün qalan hissəsini rəsmi olaraq vətəndaşlığı olmadan yaşadı. Buna baxmayaraq, onda millətçi duyğular qalırdı.

1870-ci ilin iyulunda Fransa–Prussiya müharibəsi başlayanda tibb işçisi kimi xidmət edib, müharibə zamanı difteriya və dizenteriyaya yoluxdu.

1870-ci ilin oktyabrında Bazelə qayıdaraq müəllimlik fəaliyyətini davam etdirib.

Ciddi dərs cədvəli və həddindən artıq iş səbəbindən 1871-ci ildə xəstələnib. Fəlsəfə fakültəsinə keçmək istəsə də, müraciəti rədd edilib. Sağlamlığındakı bütün çətinliklərə baxmayaraq, yazmaqdan əl çəkməyib.

1879-cu ildə sağlamlığı daha da pisləşdiyinə görə, Bazeldəki vəzifəsindən istefa verib.

Uşaqlıqdan bəri güclü miqren, görmə və həzm problemləri onun həyatını ağırlaşdırırdı.

İşindən ayrılandan sonra tək yaşamağa başlayıb, Bazeldən təqaüd alıb və dostlarının dəstəyi ilə İtaliyaya, İsveçrəyə səyahət edbi, bir sıra kitablarını nəşr etdirib.

Nitsşenin bacısı Elizabet Förster-Nitsşe ilə münasibətləri yaxın idi. O, qardaşına qulluq edirdi. Lakin bacısı Bernhard Förster ilə evlənəndən sonra onların münasibətləri soyudu.

1883-cü ildə Nitsşe Leypsiq Universitetində professorluq dərəcəsi almağa çalışsa da, xristianlığa baxışlarına görə rədd edildi. Bu vaxt o, işsiz və tənha idi.

1882-ci ildə Nitsşe Lu Salome ilə tanış oldu. Salome filosofu valeh etmişdi. Deyilənə görə, Nitsşe ona evlilik təklifi etmiş, lakin Salome qəbul etməmişdi. Bu münasibətə görə ailəsi ilə də arası dəyən Nitsşe İtaliyanın Rapallo şəhərinə getmiş və burada cəmi 10 gün ərzində “Zərdüşt belə söylədi” əsərinin birinci hissəsini yazmışdı.

3 yanvar 1889-cu il Nitsşe psixi pozğunluq keçirdi. Rəvayətə görə, o, qamçı ilə döyülən atı görüb, ona tərəf qaçaraq qucaqlayıb və sonra huşunu itirib.

1890-cı ildə anası onu Yenadakı klinikaya yerləşdirdi, daha sonra Naumburqa gətirərək evdə ona qulluq etdi.

Nitsşe əvvəlcə nitq və yerimək qabiliyyətini itirmiş, 1900-cü ilin avqustunda sətəlcəm olmuş, insult keçirmiş və avqustun 25-də vəfat etmişdi. O, "Röken bei Lützen" kilsəsində atasının məzarının yanında dəfn edilib.

Onun ölümündən sonra yarımçıq qalmış qeydlərini bacısı Elizabet redaktə edərək dərc etdirdi.

O, Nitsşenin fikirlərini ərinin ideologiyasına uyğunlaşdıraraq, çox vaxt filosofun antisemitizm və millətçiliyə qarşı açıq mövqeyi ilə ziddiyyət təşkil edən dəyişikliklər edib. Bu isə Nitsşenin adının alman militarizmi və nasizmlə əlaqələndirilməsinə səbəb olub.

Onun "Musiqi ruhundan faciənin doğuşu", "Qeyri-mənəvi mənada həqiqət və yalan haqqında", "Yunanların faciəli dövründə fəlsəfə", "Vaxtsız meditasiyalar","Sübh","İnsani, həddən artıq insani", "Şəfəq — mənəvi önyarqı haqda düşüncələr", "Xoşbəxt elm", "Zərdüşt belə söylədi", "Xeyir və Şərin ötəsində", "Əxlaqın şəcərəsi", "Vaqner məsələsi", "Bütlərin alatoranlığı", "Dəccal" kimi əsərləri dünya ədəbi və fəlsəfi fikir tarixinin qiymətli irsi hesab edilir.

Nitsşenin özündən sonrakı çoxsaylı filosof, yazıçı, siyasətçi və musiqiçilərin yaradıcılığına, dünyagörüşünə təsiri böyükdür.

# 205 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

16:20 25 avqust 2025
Keçmiş gəmi kapitanı:  "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

Keçmiş gəmi kapitanı: "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

15:15 25 avqust 2025
Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
"Rammstein"in solisti   Moldovada psixiatrik xəstəxanada

"Rammstein"in solisti Moldovada psixiatrik xəstəxanada

13:50 25 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər