Cəfər Cabbarlının adı “Azərbaycanfilm” kinostudiyasından götürülüb? – Açıqlama

Cəfər Cabbarlının adı “Azərbaycanfilm” kinostudiyasından götürülüb? – Açıqlama
22 oktyabr 2024
# 17:58

“Əgər Cəfər Cabbarlının adını rəsmi olaraq kinostudiyadan götürməyiblərsə, bəs niyə yayımlanan xəbərlərdə, loqoda onun adı öz əksini tapmamalıdır?”

Bu fikirləri Kulis-ə açıqlamasında görkəmli ədəbin nəvəsi Qəmər Bağırova deyib.

O, qeyd edib ki, hələ ötən il bu barədə dəqiq məlumat əldə etmək istəsə də, buna nail ola bilməyib:

“Cəfər Cabbarlının kino sahəsindəki fəaliyyəti vaxtilə qiymətləndirilib və “Azərbaycanfilm” kinostudiyasına onun adı verilib. Təəssüf ki, kinostudiyanın loqosunda ad əks olunmayıb. Mən inanmıram ki, loqoda Cabbarlının adının olmaması həmin quruma rəsmi dairələr tərəfindən tapşırılıb. Görünür, Cabbarlının adının loqoda əks olunmasını lazım bilməyiblər. Cabbarlı kino üçün çox iş görüb, amma adı loqoda yoxdur. Axı o elə bir şəxs olmayıb ki, kimsə onun adından utansın. Əksinə, Cabbarlının adı həmin quruma başucalığı gətirər. Əgər Cəfər Cabbarlının adını rəsmi olaraq kinostudiyadan götürməyiblərsə, bəs niyə yayımlanan xəbərlərdə, loqoda onun adı öz əksini tapmamalıdır? Loqoda və xəbərlərdə Cabbarlının adının qeyd olunmaması elə mənzərə yaradır ki, onun adını kinostudiyadan götürüblər”.

Kulis-ə açıqlama verən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor əvəzi, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev bildirib ki, kinostudiya bu gün də Cabbarlının adını daşıyır: “Elə bir söhbət yoxdur və ola da bilməz. Cəfər Cabbarlının adının kinostudiyadan götürülməsi ağlasığılmaz məsələdir. Kinostudiya bu gün də Cəfər Cabbarlı adınadır. Təbii ki, bu hansısa xəbərdə əks olunmayıbsa, düz deyil”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, “Azərbaycanfilm” kinostudiyasının Cəfər Cabbarlının adını daşıması bütün rəsmi yazışmalarda, blanklarda, press-relizlərdə, tədqiqat əsərləri və məqalələrdə tam şəkildə qeyd edilsə də, loqotipdə heç bir zaman öz əksini tapmayıb.

# 2723 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər