"Cadenza Contemporary Orchestra" mövsümün bağlanış konsertinə hazırlaşır

"Cadenza Contemporary Orchestra" mövsümün bağlanış konsertinə hazırlaşır
12 iyul 2023
# 18:48

"Cadenza Contemporary Orchestra" 18 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında mövsümün bağlanış konsertini keçirəcək.

Kulis.az xəbər verir ki, "Sözsüz mahnı" adlı konsertdə əsasən orkestrin üzvləri solist kimi çıxış edəcək.

Hər mövsüm ənənəvi olaraq keçirilən solistlərin konsertində bu dəfə Vəfa Kuznetsova (violin), Toğrul Abdullayev (violin), Sənubər Sultanova (violonçel), Mirxalid Məmmədzadə (fleyta), Rəna Rəhimovanın (viola) ifasında Antonio Vivaldi "İki violin üçün a-moll konserti", Felix Mendelssohn Bartholdy "Sözsüz mahnı", Cecile Chaminade "Konsertino" və Qara Qarayev "Don Kixot" simfonik qravürlərindən "Səyahət" əsərləri ifa ediləcək.

Həmçinin mart ayında orkestr tərəfindən təşkil olunmuş "2-ci qiraət vorkşopu: Pariturlar üçün Çağırış"ın qalibi olan Afaq Xəqaniqızının "Titrəyiş öncəsi Etobur çiçəyi" adlı əsəri (solist Elşən Məmmədov) ifa olunacaq. Qeyd edək ki, əsər Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan insanların xatirəsinə həsr olunub. Konsertə giriş sərbəstdir.

# 1466 dəfə oxunub

Oxşar xəbərlər

700-dən çox sənətçi süni intellektə qarşı

700-dən çox sənətçi süni intellektə qarşı

14:08 26 yanvar 2026
Türk ədəbiyyatını ingiliscə oxuyanlar - İbrahim Aziz

Türk ədəbiyyatını ingiliscə oxuyanlar - İbrahim Aziz

13:22 26 yanvar 2026
Əli Əmirli:  "Yazıçı" nəşriyyatı bu romanı mətbəədən geri qaytarıb nəşrdən imtina eləmişdi..." - Müsahibə

Əli Əmirli: "Yazıçı" nəşriyyatı bu romanı mətbəədən geri qaytarıb nəşrdən imtina eləmişdi..." - Müsahibə

12:00 26 yanvar 2026
Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

11:15 26 yanvar 2026
Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu

Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu

11:00 26 yanvar 2026
Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək

Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək

10:53 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər