Burada sevişən sevişənədir – Müşfiq Şükürlü yazır...

Müşfiq Şükürlü

Müşfiq Şükürlü

19 yanvar 2023
# 17:00

Kulis.az Müşfiq Şükürlünün yeni yazısını təqdim edir.

Ölkədən çıxdığım beş aydır. Polşaya gəlmişəm. İndi xaricdə yaşamağın fərqliliklərini hiss edirəm. Bura gələndə başın bir az da böyüyür. İçinə bir az iqtidasiyyat, bir az mənəviyyat yerləşir. Azdan az, çoxdan çox böyüyür.

Bura tələbə kimi gəlmişəm. Keşkə gəlməz olaydım. Vətən şirin şeydir. Adam içindən keçirir. Niyə onlar bura yox, biz ora getməliyik? Axı dərdim nədi çöllərə düşmüşəm? Mənə bir isti hənir, tanış sifət lazımdır. Vətən isə acımasızdır.

Polşa Azərbaycandan böyükdür. Amma ərazicə. Gəlib görsən, elə sevinərsən. Nədir gözəl tərəfləri? Deməyə lüzum qalmaz. Amma bir azca keçsin, vətən həsrəti boğazından asılar. Torpaq başqa şeydir. Bu, milliyətçilik deyil. Turançıların, milliyətçilərin danışdıqları yalnız sözdür. Vətən başqa şeydir.

Vətən sevdiklərindir. Allah qürbətçiliyi heç kimə göstərməsin. Doğma nəfəs axtardığın anları kiməsə göstərməsin. Böyüdüləsi bir şey yoxdur. Gəl məntiqlə yanaşaq. Adam illərlə öyrəşdiyi şeyi tərk edə bilmir. Qaldı ki, dili və doğumuyla sınağa çəkilsin.

Etnik fərqliliklər bizim kimliyimizi əmələ gətirir. Mədəniyyət beşikdə yaranır. Onun dəyərini ancaq gözə-göz, dişə-diş anlayırsan. O vaxt ki başqa mədəniyyət görürsən, gözlərin açılır. Başqa mədəniyyət varlığımızı xatırladır. Onda anlayırsan ki, sən təksən. Amma millət olaraq.

Elədir, illər öyrəşdiyin səni buraxmır. Artıq ya manqurtlaşazsan, ya da vətən dediyin şeyin dalınca zar-zar zarıyazsan. Daha nəzəriyyə yoxdur. Cana, ruha bağlısan!

Polşaya gəldim. Bunları anladım.

Amma tək bunları yox.

Bizim ölkədə dəyişəcək çox şeylər var. Anlamaq çətin deyil. Amma anlamaq ayrı, görmək ayrı. Ona görə deyirəm. Hər şey mənəviyyat deyil. Allah üstümüzdədir. Polşada dana ətinin yarım kilosu 9 manatdır. Nə mənəviyyat! Amma zalımın uşaqları pis də pul vermir. İşləsən, hər gün yeyərsən.

Polşa Avropanın ən kasıb ölkəsidir. Yenə də bizim halımıza baxanda, şükr edirsən. Yox, yox, bazardakı qiymətləri yox, cibimizdəkini deyirəm. Qazanc ayrı, xərc ayrı. Sənə saata 8 manat deyim, özün başa düş.

İndi tapmışam. Niyə bizdə işə girəndə saatlıq yox, aylıq maaşdan danışırlar. Çünki bizimkilər aya 300-500 verəndə, bunlar həftəyə o qədər verirlər. Day bir polyak bosunun, ağasının “saatına 7 manat bəsdir?” söhbətini etmirlər.

Ona görədir ki, şərq qərbə qaçır. Yoxsa nəyimiz əskikdir?

Amma hərdən düşünürəm. İqtisadiyyat elə mənəviyyatdır.

Tələbəyəm. Hər ölkədən yoldaşlarım var. Başa düşərsiz. Hamısı mənim kimi bir dərədən gəlib. Adını qoymuşuq internasional mühit!

Libiyadan, Nigeriyadan, Hindistandan, Ərəbistandan, Fransasadan…

Təhsil üçün gəlmişik. Dərinlərdə başqa dərd var. Mühitimizi dəyişib yeni şeylər öyrənək. Təzə adamlar tapaq. Təhsilimizi tamamlayıb həyatımıza rəng qataq. Həə, həə. Vallah, əsas dərd budur. Həyatımızı “update” eləmək.

Polşa fərqlidir bizə baxanda. Burda hamı sarıdır. Çoxu da rasist! Biz o cür deyilik. Nə qədər pakistanlı, çinli görmüşük Bakı küçələrində. Kimə güldən ağır söz demişik?! Bunlar elə deyillər. Soyuqqanlı, qapalı. Əllərinə lezva düşsə, dərini soyarlar. Amma Allah imkan vermir. Allah imkan versə, Allahı unudarsan. Klublarda görmüşəm. Səbəbsiz-zadsız yaxandan yapışar küçə polyakları. Dilsiz-ağızsız polyak yeniyətmələri. İt sürüsü kimi üstünə düşərlər. Allah qorusun.

Amma mədəniyyət də gördük. Yanı balalı rasizm!

Buranın dərdi budur!

Dünyaya nümunə olan Avropa mədəniyyəti rasizmin beşiyidir. Qəribədir. Kimin ağlına gələr, ana balasına qənim kəsilsin. Ya da əksinə. Mədəniyyət beşiyi barbarlıq məktəbidir.

Gələk gənclərə!

Onların azarı qızlardır. Vallah elələri var, xaricə qız dalınca gəlir. Gəlsin. Qəbahəti yoxdur. Amma o nağıllara inanmayın. Burda qara saçlı oğlanlardan ötrü ölən yoxdur. Düzdür, burda klublarda açıq münasibətin əntiqə versiyalarına şahid olarsız. Sevişən sevişənidir. Kimin əli kimin cibində tutmaq olmur. Sabah isə hansı otaqda, yataqda durursan dur, həmin adamsız. Rasist və qürürlu!

Amma ümidinizi kəsməyim!

Buranın qızları təkcə qəşəng olmur. Ayılın! Azərbaycan oğulları! Onlar təkcə sarışın və cazibəli deyillər. Həm də gülərüzdürlər. Polşanın ən mədəni insanları polyak qadınlarıdır.

Amma o ki deyirlər haa, azərbaycanlı qızlardan, qadınlardan yoxdur dünyada. İnanın düz deyirlər. İnanmırsan gəl, gör.

Belə! Bu da mənim Polşadan səsim-ünüm. Gələn olsa, xəbər etsin.

2023, 10 yanvar

# 4336 dəfə oxunub

Oxşar xəbərlər

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

18:28 25 dekabr 2025
Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

18:19 25 dekabr 2025
Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

16:45 25 dekabr 2025
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

15:58 25 dekabr 2025
 “Səma qurbanları”  qısametrajlı filmi hazırlandı

“Səma qurbanları” qısametrajlı filmi hazırlandı

14:04 25 dekabr 2025
Moskvadan Bakıya uzanan yol - "Ögey ana"nın Dadaşının atası kim idi?

Moskvadan Bakıya uzanan yol - "Ögey ana"nın Dadaşının atası kim idi?

13:15 25 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər