"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu
22 mart 2026
# 12:30

“Bir zamanlar Abşeronda” filminin təqdimatı baş tutub.

Kulis.az xəbər verir ki, ekran işi dramatik və eyni zamanda ironik süjet xətti ilə diqqət çəkir.

Film sevdiyi qızdan “elçi gəlməsən, başqasına ərə gedəcəyəm” təhdidi alan Bəxtiyarın çıxılmaz vəziyyətə düşməsi ilə başlayır. Çarəsiz qalan gənc dostu Aftandildən kömək istəyir. Lakin onun da maddi imkanı olmadığından iki dost riskli addım ataraq məhlə marketini qarət etməyə qərar verir. Qarət uğurla başa çatsa da, hadisələrin sonrakı inkişafı heç də planlaşdırıldığı kimi olmur.

Filmin rejissoru Rüstəmzadə Elvin, ssenaristi və baş prodüseri isə Əli Ucaldır.

Ekran işində Elvin İbra, Məmməd Məmmədov, Nihad Heybətov, Rasəf Mehdiyev, Nəsibə Eldarova, Midhət Aydın, Rauf Şahsuvarov və Əli Ucal rol alıblar.

Quruluşçu operator Şahmar Səfəroğlu, səs rejissoru Nadir Mahmudov, icraçı prodüser Sadiq Şahbazovdur. Layihənin ikinci rejissoru və rəssamı Telman Talıb, səs operatoru Emin Mahmudov, geyim üzrə rəssam və qrim ustası Aysu Alizdir. Filmin rəng həlli Cavid Aslanova, montajı isə Ruslan Hümbetova məxsusdur.

# 1864 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər