Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti  21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında
5 iyun 2023
# 17:50

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, Festival Alanya Bələdiyyəsinin təşkilatçılığı ilə “Türkiyə Respublikasının 100 illiyində Türk Respublikaları” mövzusunda keçirilib.

Festivalın açılışı çərçivəsində rəsmi şəxslərin iştirakları ilə Alanyadakı Atatürk abidəsinin önündən başlayan təntənəli yürüş türk xalqlarının folklorunu, milli geyimlərini və musiqi mədəniyyətini əks etdirən bədii proqramın müşayiəti ilə gerçəkləşib.

Açılış mərasimində Alanya Bələdiyyəsinin sədri Adem Murat Yücel, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və nümayəndələri, Türk dövlətlərini təmsil edən rəsmilər və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirində çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva hər il Alanyada xüsusi mövzu altında keçirilən Beynəlxalq Turizm və İncəsənət Festivalının bölgənin mühüm turizm və mədəniyyət mərkəzi olduğunu bir daha sübut etdiyini, dünyaya bəşəri sülh mesajını çatdırdığını vurğulayıb.

Günay Əfəndiyeva 2023-cü ilin Türk Dünyasında əlamətdar il olmasından bəhs edib. Fondun prezidenti bu il Türkiyədə Cumhuriyyətin qurulmasının 100 illiyinin, Azərbaycanda müasir Azərbaycan Respublikasının banisi və memarı, dahi lider Heydər Əliyevin 100 illiyinin, Qazaxıstanda böyük şair və mütəfəkkir Xoca Əhməd Yasəvinin 930 illiyinin, Qırğızıstanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 95 illiyinin həmçinin, bütün Türk Dünyasında təntənəli qeyd olunduğunu vurğulayıb. Günay Əfəndiyeva bildirib ki, ötən il Bursadan sonra, Qarabağın göz bəbəyi Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı ünvanını daşıması türk xalqlarının ən böyük coşğuyla qarşıladığı hadisələrdəndir.
Eyni zamanda Günay Əfəndiyeva bu il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın demokratik seçkilərdəki qələbəsinin ölkə ilə yanaşı, bütün Türk Dünyası üçün mühüm əhəmiyyətini vurğulayaraq, bildirib: “Rəcəb Tayyib Ərdoğanın Türk birliyini hər zaman dəstəkləyən fəaliyyətlərinə bütün Türk Dünyası dərin rəğbət və minnətdarlıq duyğuları bəsləyir. Heç şübhəsiz, qarşıdakı yeni dövrdə Türk xalqlarının həyatın bütün sahələrini əhatə edən inteqrasiya prosesi daha da sürətlənəcəkdir”.

Fondun prezidenti müasir dövrdə beynəlxalq aləmdə sürətlə yüksələn, türk dövlətlərinin tarixi qardaşlığının uğurla davam etdirilməsindən bəhs edərək, bildirib: “3 il öncə Azərbaycanın Qarabağ uğrundakı savaşında, bu ilin əvvəlində Türkiyədə baş verən ağır zəlzələ fəlakətində Türk Dünyasının qəlbi bir bədəndə döyündü. Biz Türk Respublikalarının tək ürək, yeri gəldikdə tək yumruq olmağının şahidi olduq. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ölkədə keçirilən genişmiqyaslı tədbirlərin bu mövzuya həsr olunması türk həmrəyliyinə verilən önəmin bariz göstəricisidir”.

Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun əsas missiyasının ümumtürk mədəni irsinin mühafizəsi və tanıdılması vasitəsilə Türk xalqlarının birlik və həmrəyliyinin gücləndirilməsi olduğunu vurğulayıb.
Mərasimin sonunda tədbir iştirakçıları fotoşəkil sərgisini, müxtəlif türk xalqlarının milli geyimlərinin və mətbəxinin nümayiş olunduğu çadırları ziyarət ediblər.

3 gün davam edən Festivalda Türk Dünyasının milli mədəniyyətini, musiqisini, rəqslərini əks etdirən rəngarəng tədbirlər keçirilib.

# 1214 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər